Professor Nadir Məmmədlinin yeni kitabı 38 illik zəhmətin bəhrəsi
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə bu müəssisənin direktoru professor Nadir Məmmədlinin “Moskva Şərqşünaslıq institutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda azərbaycanlıların Moskvanın Şərqşünaslıq institutlarında təhsil və fəaliyyətləri, onların elmi, pedaqoji və ictimai həyatda rolu geniş şəkildə araşdırılıb. Əsər zəngin arxiv materialları və tarixi mənbələr əsasında ərsəyə gətirilib.
Müəllif əsərin hazırlanmasına ümumilikdə 38 il zəhmət sərf edib. Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Rafael Hüseynovdur.

Cahangir Məmmədlinin yeni kitabı çap edildi
17 May 2025 11:13
Elm və yaddaş işığında: Nadir Məmmədlinin yeni kitabı haqqında elmi publisistik mülahizələr...
08 Sentyabr 2025 23:09
Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
18 İyun 2025 19:34
Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabı”
11 İyun 2025 09:36
Professor Nadir Məmmədli 66
19 Sentyabr 2025 14:36

