Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

2027 ci ildən Bakıya köç daha da artacaq?

Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış alim, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin 80 illik yubiley tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor İsmayıl Məmmədlinin elmi yaradıcılığında xalq həyatına, milli-mənəvi dəyərlərə və Azərbaycan dilinin zənginliyinə bağlılığın xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, alimin tədqiqatlarında xalqın məişətini, adət-ənənələrini və həyat tərzini əks etdirən dil materiallarının öyrənilməsi mühüm istiqamətlərdən birini təşkil edir.

AMEA rəhbəri professor İsmayıl Məmmədlinin elmi fəaliyyətinin çoxşaxəli olduğunu söyləyib. Akademik İsa Həbibbəyli alimin tədqiqatlarının yalnız leksikologiya ilə məhdudlaşmadığını, onun etnolinqvistika və onomologiya sahələrində də araşdırmalar apardığını və çoxsaylı kitabların, monoqrafiyaların, lüğət və elmi məqalələrin müəllifi olduğunu vurğulayıb. Alimin elmi-pedaqoji fəaliyyətindən bəhs edən AMEA prezidenti onun 30-dan artıq yetirməsinin olduğunu, bir sıra nəşrlərin elmi redaktoru və rəyçisi kimi də fəaliyyət göstərdiyini qeyd edib.

Akademik İsa Həbibbəyli İsmayıl Məmmədlinin Azərbaycan dilinin etnoqrafik leksikasına həsr olunmuş doktorluq dissertasiyasını və onun əsasında ərsəyə gələn kitabını Azərbaycan dilçiliyinin əhəmiyyətli elmi nailiyyətlərindən biri kimi səciyyələndirib. Bildirib ki, bu tədqiqat alimin elmi fəaliyyətində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan dilinin xalq həyatından qaynaqlanan leksik zənginliyinin öyrənilməsinə də dəyərli töhfədir.

Çıxışında İsmayıl Məmmədlinin alim və şəxsiyyət kimi səciyyəvi xüsusiyyətlərindən danışan akademik İsa Həbibbəyli onun sadəliyini, səmimiliyini, ədalətliliyini və xalqına bağlılığını xüsusi vurğulayıb. O, yubilyarın həm elmi fəaliyyəti, həm də insani keyfiyyətləri ilə cəmiyyət içində böyük hörmət qazandığını diqqətə çatdırıb.

Sonda akademik İsa Həbibbəyli professor İsmayıl Məmmədlini 80 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Akademiya prezidenti professor İsmayıl Məmmədliyə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək professor İsmayıl Məmmədlinin 80 illik yubileyinin yalnız bir alimin ömür yolunun deyil, həm də Azərbaycan dilçiliyinə həsr olunmuş mənalı həyatın təntənəsi olduğunu vurğulayıb. Bildirib ki, İsmayıl Məmmədlinin 80 illik ömür yoluna nəzər saldıqda Azərbaycan dilinin və dilçilik elminin müəyyən bir dövrünün canlı mənzərəsi ilə qarşılaşırıq. Alimin bütün fəaliyyətini sözə həsr etdiyini deyən Nadir Məmmədli sözün xalqın yaddaşı, tarixi, düşüncəsi və dünyagörüşü olduğunu, onun mənasını və məna çalarlarını dəqiq müəyyənləşdirərək lüğətdə təqdim etməyin böyük bilik, səbir və zəhmət tələb etdiyini qeyd edib.

O, professor İsmayıl Məmmədlinin Azərbaycan lüğətçiliyinin inkişafında xüsusi xidmətlərini diqqətə çatdıraraq onun “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Yeni sözlər və yeni mənalar lüğəti”, “Azərbaycan dilinin məcazlar lüğəti” kimi mühüm nəşrlərin hazırlanmasında iştirakını, dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin ərsəyə gəlməsinə verdiyi töhfəni vurğulayıb. Direktor, həmçinin alimin “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Ekran, efir və dilimiz”, “Qəzet dilinin leksikası”, “Axtarışlar, yozumlar, anımlar” əsərlərini, Səməd Vurğun və Cəfər Cabbarlının bədii dilinin lüğətlərinin hazırlanmasında əməyini yüksək qiymətləndirib.

“Professor İsmayıl Məmmədli yalnız zəngin elmi irsi ilə deyil, həm də Azərbaycan dilçiliyində özünəməxsus lüğətçilik məktəbi yaratması ilə seçilir”, – deyə professor Nadir Məmmədli bildirib.

İnstitut direktoru lüğətçilik fəaliyyətinin böyük səbir, dəqiqlik və məsuliyyət tələb etdiyini qeyd edərək professor İsmayıl Məmmədli bu keyfiyyətləri öz fəaliyyətində birləşdirən alimlərdən olduğunu vurğulayıb, yubilyara gələcək fəaliyyətində uğurlar arzu edib.

Tədbirdə filologiya elmləri doktoru Baba Məhərrəmli “Azərbaycan dilçiliyində İsmayıl Məmmədli imzası”, professor Sayalı Sadıqova “Azərbaycan dilçiliyində İsmayıl Məmmədlinin tədqiqat istiqamətləri”, filologiya elmləri doktoru Nəriman Seyidəliyev “Azərbaycan dilçiliyində İsmayıl Məmmədlinin lüğətçilik fəaliyyəti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova “Sözə ömür verən, ömrünü sözə həsr edən alim”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov “Professor İsmayıl Məmmədli şəxsiyyəti və Azərbaycan dilçiliyi” mövzularında məruzələrlə çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see358

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see314

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see299

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see279

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see278

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see275

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see274

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see253

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see247

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see247

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see246

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see235

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see223

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see220

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see188

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri