Icma.az
close
up
RU
Professor Orucəli Rzayevin xatirə gecəsi keçirilib FOTO

Professor Orucəli Rzayevin xatirə gecəsi keçirilib FOTO

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə Dövlət Universitetində professor Orucəli Rzayevin 70-ci il dönümünə həsr olunan xatirə gecəsi keçirilib. Əvvəlcə iştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin ruhunu hörmətlə anıblar.

Modern.az xəbər verir ki, xatirə gecəsində professor Orucəli Rzayevin  həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək görkəmli alim, professor Orucəli Rzayevin  keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, Rzayev Orucəli Hüseynqulu oğlu 1956-cı ildə anadan olub və  o,  1963- 1973-cü illərdə Bakıda  orta məktəbdə oxuyub. 1973 – 1977 – ci illərdə Gəncə Dövlət Universitetində Riyaziyyat ixtisası üzrə ali təhsil alan Orucəli Rzayev 1977-ci ildə həmin universitetin Riyazi analiz kafedrasında riyaziyyatçı-proqramçı vəzifəsinə təyin edilib. Orucəli Rzayev Gəncə Dövlət Universitetində müxtəlif illərdə bir sıra vəzifələrdə işləyib. O,  2004-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. Prorektor Gülsüm Fətəliyeva qeyd edib ki, Orucəli Rzayev  1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. Həmçinin  2023-cü ildən Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyib. Görkəmli alimin təhsilə verdiyi töhfələr dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Orucəli Rzayev “Tərəqqi” medalı, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Professor Orucəli Rzayev 100-dən artıq kitabın və elmi məqalənin müəllifidir.

Xatirə gecəsində Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev,  Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov,  Gəncə şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov, Azərbaycan dili kafedrasının müdiri  Telman Quliyev,   ÜTF və texnologiya kafedrasının müdiri Elçin Cavadov, Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədov, İnformatika və cəbr kafedrasının professoru Mehriban Həsənova,  İnformatika və cəbr kafedrasının dosenti  Nərgiz Tağıyeva, İnformatika və cəbr kafedrasının dosenti Kəmalə Salmanova, Fizika kafedrasının Səyyarə İskəndərova çıxış edərək  professor Orucəli Rzayevin həyat və fəaliyyətindən danışıblar. Gəncə Dövlət Universitetinin inkişafında və tərəqqisində xidmətləri olmuş Orucəli Rzayevi xoş xatirələrlə anıblar.

Xatirə gecəsində Riyaziyyat və informatika müəllimliyi ixtyisasının 4-cü kurs tələbəsi Rəbiyyə Hacıyeva Orucəli Rzayevə həsr edilən “Son görüş” şerini səsləndirib.

Son da alimin oğlu  Anar Rzayev Professor Orucəli Rzayevin xatirə gecəsini keçirdikləri üçün Universitetin rektoru Yusif Yusibova, eləcə də bütün kollektivə dərin minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri