Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Ölümdən sonra insanı nə gözləyir?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ötən onilliklərin solmayan kinolentləri

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Orucəli Durmuşov

Orucəli Durmuşov

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Respublikanın tanınan futbol hakimi Orucəli Durmuşov 80 yaşını tamamlayıb. Onu bu münasibətlə təbrik edir, uzun ömür və cansağlığı arzulayırıq.

Orucəli Durmuşov... Bu ad-soyad SSRİ vaxtı və müstəqilliyin ilk illərində futbol turnirlərini yaxından izləyən hər kəsə tanışdı. 1945-ci il avqustun 29-da Əmircan kəndində dünyay gələn Orucəli müəllimin bütün həyatı futbolla bağlıdı. Futbol oynamağa “Neftçi”nin uşaq və gənclər komandasında başlayıb, Bakının “Neft daşları”, “Kompressor”, Voronejin “Trud” (indiki “Fakel”), Dərbəndin “Üzümçü” komandalarında oynayıb.
Orucəli Durmuşov nadir futbol adamlarındandı ki, bu sahə ilə bağlı ən müxtəlif peşələrdə özünü göstərib. Onun 1978-83-cü illərdə çalışdırdığı “Toxucu” respublika çempionatında həm qalib olub, həm də mükafatçı yerlər tutub. Durmuşovu ən çox cəlb edən isə hakimlik olub. Bu da təsadüfi deyil. Orucəli müəllim gündəlik həyatda olduğu kimi, yaşıl meydanda da ədaləti təmin etməyə çalışıb. 1975-ci ildə hakimliyə başlayan yubilyar Azərbaycan çempionatı və kuboku çərçivəsində 289, SSRİ çempionatının müxtəlif dəstələri və kuboku çərçivəsində 177 oyun idarə edib, həmçinin 18 beynəlxalq oyunda iş başında olub. SSRİ və Azərbaycan çempionatlarında üst-üstə 484 oyun idarə edib ki, bu da hər hakimə nəsib olan uğur deyil.
Orucəli müəllim usta hakim olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı və pedaqoqdu. O, 1995-2014 aralığında hakimlər və hakim-inspektorlar komitəsinin üzvü kimi 108 oyuna təyinat alıb. Həmin komitədə sədr müavini, 1997-99 aralığında AFFA-da aparıcı mütəxəssis, 2000-04 aralığında Həvəskarlar Futbol Federasiyasının baş katibi kimi çalışıb. 2005-07 aralığında isə Avropa Tələbə Futbol Federasiyasının vitse-prezidenti olub, ölkəmizdə tələbə futbolunun inkişafında, bu sahədə beynəlxalq əlaqələrin qurulmasında böyük rol oynayıb.
Durmuşovun pedaqoji bacarığından da söz açmağa dəyər. Beynəlxaq dərəcəli hakimlərdən Tahir Süleymanov, Zöhrab Qədiyev, Emin İsgəndərov, Kərim Ağayev, Rufulla Kərimov, Elman Musayev, respublika dərəcəli hakimlərdən Əhmədağa Cabbarov, Gülağa Cabbarov, Vaqif Hüseynov, Elşən Durmuşov və Əvəz Şıxıyevin hazırlanmasında, inkişafında əməyini əsirgəməyib.
Orucəli müəllim indi ömrünün ahıl çağlarını yaşasa da, yenə də futboldan uzaq deyil. İmkan tapan kimi “Azərsun Arena”ya – “Qarabağ”ın oyunlarını izləməyə yollanır. Onu başa düşmək olar; axı futbol sevgisi adamı heç vaxt tərk etmir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see288

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see206

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see192

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see169

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see168

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see167

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see167

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see167

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see166

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see166

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see166

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see164

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see164

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see164

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see162

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see161

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see161

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see161

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri