Icma.az
close
up
RU
Professor: “Pezeşkian türklük üzərinə qoyulmuş tabunu alt üst etdi”

Professor: “Pezeşkian türklük üzərinə qoyulmuş tabunu alt üst etdi”

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Bu şəkil dünya mediasını dolaşır. Dost da, düşmən də münasibət bildirir. Bu, Qarabağ zəfərindən sonra bölgədəki geosiyasi gəlişməni göstərən sənəddir. Özəlliklə ortada duran şəxsin - dünyanın ən böyük Türk düşməni ölkəsinin - İranın prezidenti Məsud Pezeşkianın iki Türk dövlətinin lideri ilə səmimi ortamda söhbəti həqiqətən son dəyişikliyin göstəricisidir”.
Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli yazıb.
N. Nəsibli əlavə edib ki, M. Pezeşkian dünyada “Mən türkəm, türklüyümlə fəxr edirəm”,- deyən yeganə İran prezidentdir.
Professor xatırladıb ki, 1993-cü ilin əvvəllərində indi gözaltında olan siyasi liderlərdən biri ilə Tehranda görüşüb: “İrandakı türklər arasında elə də böyük hörməti-filanı yox idi. İnqilabdan sonra eyforiyaya qapılıb öz soydaşlarına qarşı çox cinayət edib. Onun şəxsiyyətini hallandırmayacağıq. Dediyi bir fikir yuxarıdakı şəkili anlamağa kömək edə bilər. Azərbaycan Respublikası bir türk ölkəsidir, varlığı İrandakı türklərə təsir edəcək və onları “İran” vahidindən qopmağa təhrik edəcək, - dedim. Adamın fikri qafama taxıldı: Sizin Azərbaycan, Türkiyə, İrandakı türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər ki?! Türkçülükdən uzaq bu irançı xadimin sözü mənalı idi. Deməli, o da bu məsələləri düşünürmüş”.

Nəsib Nəsibli yazıb: “Pezeşkian türkçü platformada seçkiyə qatılıb, rəhbəre-muəzzəmin maneəsi olmadan seçkini qazandı. Türklərin və başqa fars olmayanların səsləri ilə. Seçkidən (iyul 2024) sonra hələ bir il belə keçməyib. Azərbaycan və Türkiyə ilə münasibətlərin istiləşməsi tərəfdarı olması üzündəki təbəssümdən də görünür.
Azərbaycana vəd etdiyi problemlərin - təhsil sistemində ana dilinin öyrədilməsi, Urmunun qurtarılması, Azərbaycan sərvətlərinin İranın başqa bölgələrinə daşınmasının qarşısının alınması - heç biri həll edilməyib. Amma rəsmi siyasi ortamda ciddi müzakirə mövzusuna çevrilib. Bu, problemin çözülməsi üçün (çözüləcəksə) ilk ciddi addımdır. Pezeşkianın ən böyük xidməti bunlar deyil. O, qatı türk düşməni olan bir yerdə, türklük üzərinə qoyulmuş tabunu alt-üst etdi, milli kimliyin gəlişməsinin yolunu açdı. İrandakı türklərin ən böyük probleminin milli kimlik (bu, yalnız etnik mənsubiyyət məsələsi deyil) olduğunu göz önünə alsaq, məsələnin həssaslığını idrak edə bilərik.
Bu şəkildən İrandakı şovinist-irqçi kəsim, bir də bizim xaricdə olan fəalların bir hissəsi yaman narahatdır. Türk düşmənlərinin münasibəti anlaşılandır, məntiqlidir. Bizimkilərin Dr. Pezeşkian şəxsiyyətinə düşmən kəsilməsi isə məntiq dişi bir şeydir. Deyirlər, “bu adam milli hərəkatın lideri olmaq istəyir”. Eyvallah, qoyun olsun. Liderlik heç kəsin adına yazılmayıb, yetər ki, xidmətləri sayəsində qazansın bu adı. Bu qədər həngamədən sonra yenə deyirlər bu, bir oyundur. “İran dağılmaq ərəfəsində idi, bu gəldi, prosesi ləngitdi”. Bu yanlışı sübut etməyə heç gərək yoxdur. Önəmli olan - Pezeşkian məsələsi İran dərin dövlətinin bir qurğusu olsa belə, demək ki, bu qurğu yanlış planlanmışdır.
Deyirlər, onun səlahiyyətləri məhduddur, əlindən bir iş gəlməz. Məhdud səlahiyyətlə böyük işlərə ustaca girişirsə, bu, onun ciddiliyinə dəlalət edir. Əslində biz ona tanrıdan səbr və tədbirli olmaq arzulamalıyıq...
Dostların söhbətlərindən anlaşılan o ki, Azərbaycan, Pezeşkianı irqçilərə yem etməyəcək, seçkidə verdiyi dəstəyi daha da artırmaq əzmindədir. Bununla belə bizim dərdimiz Pezeşkian deyil, - deyirlər. Ona arxa durmaqla yanaşı, milli məsələlərimizin çözülməsi yolunda gördüyü işlərin hesabını da soracağıq,- deyirlər. “Bu şansı yaxşıca dəyərləndirib, özümüz fəal olmalıyıq”,- fikri də gələcəyə ümidlə baxmağa əsas verir”.
ELÇİN
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 İyul 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri