Icma.az
close
up
RU
Professor Toğrul İsmayıl: Rusiya təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürməlidir

Professor Toğrul İsmayıl: Rusiya təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürməlidir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

Görüşdə çıxış edən Prezident bir sıra vacib məqamlara toxunub.

Azərbaycan Respublikasının Prezidenti vurğulayıb ki, Azərbaycan tərəfi hadisəyə ədalətli münasibət tələb tələb edir, həmçinin günahkarların cəzalandırılmasını istəyir.

Digər tərəfdən, İlham Əliyev Qroznıya uçan təyyarənin ekipajının təhlükə ilə əlaqədar niyə əvvəlcədən xəbərdar edilmədiyini soruşaraq, Rusiyanın dövlət qurumlarının heç bir əsası olmayan iddialarla məsələni ört-basdır etməyə çalışmasının təəccüblü və üzücü hal olduğunu vurğulayıb.

Çıxışı zamanı təyyarənin "qara qutuları"nın açılması prosesinə başlanıldığını deyən İlham Əliyev vurğulayıb ki, hələlik cinayət işinin bütün materiallarını açıqlamaq istəmir:

"Bununla belə, mən əminliklə deyə bilərəm ki, bu qəzada Azərbaycan vətəndaşlarının həlak olmasının günahı Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür. Biz onların cəzalandırılmasını istəyirik, biz tam şəffaflıq və humanist rəftar tələb edirik", - deyə dövlət başçısı vurğulayıb.

Oxu.Az-a mövzu ilə bağlı şərh verən Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər şöbəsinin rəhbəri professor Toğrul İsmayıl Azərbaycanın tamamilə haqlı olduğunu vurğulayıb.

"Cənab İlham Əliyev təyyarə qəzası ilə bağlı son çıxışında hadisədən keçən müddət ərzində əldə edilən daha dəqiq məlumatlarla bütün məsələləri yenidən gündəmə gətirib və Azərbaycanın Rusiyadan tələblərini qətiyyətlə yeniləyib. Əlbəttə, burada mesajın daha sərt şəkildə verildiyini görürük. Dövlət başçısı Rusiyanın bu məsələlərlə bağlı səlahiyyətli orqanlarının birbaşa məsuliyyət daşıdığını və hadisənin fərqli, həqiqəti əks etdirməyən iddialarla ört-basdır edilməsi cəhdlərinin təəccüblü olduğunu vurğulayıb. Prezident İlham Əliyevin son çıxışında verdiyi mesajların ilk çıxışı ilə müqayisədə daha sərt və kəskin olması Vladimir Putinin üzr istəməsinin Azərbaycan dövləti üçün kifayət olmadığının göstəricisidir.

Rusiya dövlətinin gözləntilərdən uzaq hərəkət etməsi hadisənin belə bir məcraya girməsinin səbəbidir. Cənab Prezident tamamilə haqlıdır. Hava məkanı bağlanmır, mülki təyyarə xəbərdar edilmək əvəzinə vurulur, ardınca "Kavyor" rejimi tətbiq edilir, yaxında heç bir hava limanına enməsinə icazə verilmir və üstəlik, xüsusi radioelektron cihazlarla hərəkəti əngəllənir. Bunu edəndə sonra heç nə olmamış kimi davrana bilməzsən, "oldu və bitdi" deyə bilməzsən. Dünyada belə bir şey yoxdur. Özünə və xalqına hörmət edən bütün dövlətlər belə edərlər. Azərbaycan da bu kontekstdə davranış sərgiləyir. Haqq və hüquq Azərbaycanın tərəfindədir. Rusiya dövləti də məsuliyyət götürmək və günahkarları cəzalandırmaq məcburiyyətindədir. Bundan başqa yol yoxdur".

Söhrab İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri