Icma.az
close
up
RU
Professor: Qəbizlik çox böyük fəsadlar yaradır MÜSAHİBƏ

Professor: Qəbizlik çox böyük fəsadlar yaradır MÜSAHİBƏ

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir insanı narahat edən əsas xəstəliklərdən biri də mədə-bağırsaq problemləri ilə bağlıdır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev deyir ki, onlara müraciət edən xəstələrin təxminən 80 faizinin əsas şikayəti məhz mədə-bağırsaq traktındakı ishal və ya qəbizliklə əlaqəli olur. Bu isə çox vaxt ağır xəstəliklərə, hətta xərçəngə də gətirib çıxarır.  

Professor X.Musayev bildirir ki, bəzən xəstələr müəyyən xəstəliklər ucbatından öd kisəsindən, mədəsindən əmliyyat keçirsə də, əsas patologiya qalır. Ona görə də xəstələrin əksəriyyəti tam sağalmır. Qəbzlik yaranır, həftədə bir dəfə defekasiya olanda isə orqanizmdə yığılıb qalan toksinlər intoksikasiyaya səbəb olur.

Modern.az onunla söhbəti təqdim edir.

- Bu zəhərlənmə özünü necə göstərir?

- Bu zaman ürəkbulanma, zəiflik, qusma, halsızlıq müşahidə olunur. İntoksikasiya həm də bədəndə səpkilər yaradır. Bu zaman xəstələr dəri-zöhrəvi həkiminə, allerqoloqa gedirlər, amma müaicənin effekti olmur. Sonradan əsl səbəbin mədə-bağırsaq fonundakı pozulmalarla əlaqəli olduğu bəlli olur.

Bağırsağın uzanması, və ya bağırsaqda kron xəstəliyi, yoğun bağırsaqdakı kolitlər və s. defekasiyanın normal gedişini əngəlləyir. İkinci səbəb insanın psixi-emosional durumu ilə bağlıdır. Bu hala xüsusilə gənclər arasında rast gəlinir. Məsələn, qəbul imtahanlarına hazırlaşan gənclər gərgin olur, kurslara, repetitor yanına gedir və normal qidalanması pozulur. Bu da qəbzlik yaradır.

- Yeniyetmə və gənclərdə qəbzlik nə ilə təhlükəlidi?

- Elə uşaqlar var ki, 5-6 ildir bu rejimlə yaşayır. Deyir ki, dərsdən çıxıb dönər yeyirəm, üstündən də hazır şirələrdən içir və axşama qədər başqa heç nə qəbul etmir. Siz təsəvvür edin, evdə təmiz meyvələrdən çəkdiyimiz şirə bir neçə saat ərzində xarab olur. Mağazalardakı şirələr isə aylarla qalır. Bu şirələrin çox qalması üçün istifadə olunan maddələr orqanizm tərəfindən sovrulmur və birbaşa yoğun bağırsağa gəlib çatır.

Hər bir orqanizmdə ümumi ansambla tabe olmayan 10-15 faiz atipik hüceyrələr olur. Məhz bu hüceyrələr orqanizmə düşən belə zərərli maddələrlə “dostlaşır” və inkişaf etməyə başlayır. Sanki orqanizmin içində "avtonomiya" yaranır. Təəssüf ki, bunlar da inkişaf etdikcə, xərçəng hüceyrələri yaradırlar. Bu da son nəticədə orqanizmin bu və ya digər hissəsində xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Ona görə də xərçəng xəstəliyi daha çox cavanlaşır. Bizə müraciət edənlərin az qala üçündən biri gənc nəslin nümayəndəsidir.
- Vaxtında müayinə bu problemlərin qarşısını almağa nə dərəcədə kömək edir?

- Durumun bu hala gəlib çıxmasında xəstələrin öz günahı da çox olur. Məsələn, bəzən belə xəstələrimiz olur ki, onlara dəqiq diaqnoz qoyulması üçün mütləq qastroskopiyaya ehtiyac olur. Amma xəstələr  “şlanq udmaqdan” imtina edirlər. Və ya kolonoskopiyaya razı olmurlar.

Bu yaxınlarda qarın ağrıları olan, qanla defekasiyaya gedən, zəifləyən bir gənc gəlin yoxlanmaqdan imtina etdi. Ailəsi dedi ki, xanıma sadəcə bərk soyuq dəyib. İki aydan sonra onu artıq xərəkdə gətirdilər. Anemiya və qanaxma ilə bizə müraciət edən bu xanımda artıq kron xəstəliyinin olduğu aşkarlandı. Əgər vaxtında müayinə olunsaydı, müalicə ilə bu vəziyyəti önləmək olardı. İndi isə onu təcili əməliyyata saldıq. Yoğun bağırsaq sanki bir əski parçasına dönmüşdü, qapqara qaralmışdı. Bir qədər də keçsəydi, perforasiya (bağırsağın deşilməsi) olunmalıdı. İndi bu gənc ömürlük ileostoma ilə yaşayacaq, yəni böyründən çıxan bağırsaqla.

- Belə hallarda əməliyyat müsbət nəticə verirmi?

- Bəzən əməliyyat mütləq göstərişdir. Amma hər bir əməliyyatın fəsadları ola bilər. Məsələn, bağırsağı işləməyən 34 yaşlı bir xanım pasiyentdən kolonoskopiya zamanı 12-13 litrə yaxın bağırsaq möhtəviyyatı boşaldıldı. Xəstə əməliyyata razı olmadı. Amma bir müddət sonra qarnı həddən artıq köpmüş formada yenidən bizə müraciət etdi. Sanki hamiləydi,kəskin bağırsaq keçməzliyi inkişaf etmişdi. Əməliyyat uğurla keçsə də, sonradan fəsad ortaya çıxdı, tromboz yarandı. Biz əməliyyatdan öncə xəstələrə belə halların ola biləcəyi haqda xəbərdarlıq edirik. Bu kimi hallar istər xəstə, istərsə də həkim üçün xoşagəlməz haldır.

Ona görə də həkimə vaxtında müraciət etmək lazımdır, vəziyyətin ağırlaşmasını gözləmək lazım deyil.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri