Icma.az
close
up
RU
Qəbizlik nədir?

Qəbizlik nədir?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir çox insanlar və əfsuslar olsun ki, hətta bəzi həkimlər hesab edirlər ki, əgər insanda gündəlik nəciz ifrazı olmazsa, bu, qəbizliyin göstəricisidir. Həqiqətdə isə bü heç də belə deyil.

Orqanizmdən “zibilin” xaric edilməsi hər bir insan üçün fərdi olan bir xüsusiyyətdir. Elə insanlar vardır ki, onlarda defekasiya (nəcis ifrazı) həftə ərzində 3 dəfə, digərlərində isə gün ərzində 2 dəfə olmaqla baş verir. Bu halda, belə insanlar mütləq şəkildə sağlamdırlar və özlərində heç bir diskomfort (narahatlıq) da hiss etmirlər!

Ona görə də defekasiyaların (nəcis ifrazı) sayı – qəbizliyin göstəricisi deyil!

Bəs, həqiqi qəbizliyin əlamətləri hansılardır? Beləliklə, insanın özündə qəbizlik olmasından şübhələnməsi üçün aşağıdakılar qeyd edilməlidir:

- həmin adamda həftə ərzində defekasiyaların (nəcis ifrazı) sayı 3 dəfədən az olduqda;

- o, defekasiya aktı zamanı xeyli güc verməlidir;

- onda, nəcisin sıxlığı çox bərk (daş kimi) olmalıdır;

- onda, defekasiya aktı zamanı ifraz olunan nəcisin miqdarı 30 qramdan az olur və hər dəfə defekasiyadan sonra bağırsağın tam boşalmaması kimi xoşagəlməz hissiyyat qalmış olur.

Lakin əgər sizdə bu əlamətlər qeyd edilmiş olsa da, son diaqnozu mütləq həkim qoymalıdır. Məhz həkim, qəbizliyin səbəbini müəyyən etməli və sizə müalicə yazmalıdır. Buna görə də defekasiyanın çətinləşməsinin ilk əlaməti qeyd edilən kimi işlədici dərmanların qəbul edilməsinə tələsməyin – yaxşı qastroenteroloqa (mədə-bağırsaq sistemi xəstəlikləri üzrə mütəxəssis) müraciət edin! Ona görə ki, nəzarətsiz şəkildə işlədici dərmanların qəbul edilməsi, bu məqsədlə imalədən istifadə edilməsi, “tənbəl yoğun bağırsaq” sindromunu formalaşdıraraq qəbizliyi yalnız artıra bilər. Bu zaman bağırsaq, hər dəfə onu boşaltmaq üçün “xaricdən” olan müdaxiləyə (işlədici həblər, imalə) adət edərək sərbəst şəkildə fəaliyyət göstərməyini dayandıra bilər. Həmçinin, əksər işlədici həblərə qarşı bağırsaq tərəfindən uyğunlaşma baş verir ki, bu da müəyyən bir müddət keçdikdən sonra bağırsağın daha yüksək dozada dərman tələb etməsi ilə nəticələnir.

Bəs, qəbizliyin hansı formaları vardır?

Qəbizliklər kəskin və xroniki olurlar. Kəskin qəbizliklər, həyat boyu ərzində yəqin ki, hər bir kəsdə baş verir. Məsələn, bu, kəskin stres, cərrahi əməliyyat, səfər zamanı və s. hallarda baş verə bilər. Bəs, bu hal nədən baş verir? Yoğun bağırsaq öz hərəkətləri (peristaltikası) nəticəsində nəcis kütlələrini xaricə doğru (anal dəliyə) hərəkət etdirir. Yoğun bağırsaq çox həssas orqan olub, orqanizm daxilində baş verən istənilən dəyişikliklərə, peristaltikasının ləngiməsi və hətta dayanması şəklində reaksiya verə bilər. Qadınların yoğun bağırsağı həmçinin, onların orqanizmlərində hazırlanan hormonlara da reaksiya verir. Məhz buna görə qadınlar, əksər hallarda hamiləlik və menopauza zamanı qəbizlikdən əziyyət çəkirlər.

Qəbizlik, hər hansı bir yeni dərmanın qəbul edilməsi zamanı, yanaşı effekt kimi də baş verə bilər. Bu halda mütləq öz həkiminizə məlumat vermək lazımdır. Kəskin qəbizliklər xəstəlik hesab edilmir və müalicə tələb etmirlər; adi həyat tərzinə qayıtdıqdan sonra (səfərdən evə qayıtdıqdan, qadınlarda hamiləlik başa çatdıqdan sonra və s.) keçib gedirlər.

Əgər qəbizlik daimi xarakter almış, adətə çevilmiş, yəni xroniki hal alarsa, bu halda, yardım almaq üçün dərhal həkimə müraciət etmək lazımdır.

Yaranma səbəbindən asılı olaraq atonik və spastik qəbizliklər ola bilər. Atonik qəbizliklər zamanı nəcis kütlələri çox, formalaşmış şəkildə olur, defekasiya aktı çox çətinliklə baş verir, ağrılı olur, anal kanalın selikli qişasında baş verən zədələnmiş sahələrin olması nəticəsində nəcis kütlələrinin üzərində kiçik qan izləri də görünə bilər.

Spastik qəbizlik zamanı nəcis kütləsi qoyun nəcisi (qığı) forması (bir biri ilə birləşmiş kiçik nəcis kütlələri) almış olur. Belə qəbizliklər çox zaman metiorizm, qarında ağırlıq, genişlənmə, ağrı hissiyyatları ilə də müşayət olunurlar.

Atonik qəbizliklərin səbəbi adətən, düzgün qidalanmamaq və kifayət qədər fiziki aktivliyin olmamasıdır. Spastik qəbizliklərin səbəbi isə bağırsağın özünün fəaliyyət xüsusiyyətləri (lənglik), streslər və s. ola bilər. Ancaq hər bir konkret halda, qəbizliyin səbəbləri yalnız həkim tərəfindən müəyyən edilir. Bundan sonra isə xəstəyə düzgün diaqnoz qoyaraq ona lazım olan müalicə təyin edilir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri