Icma.az
close
up
RU
Professor: Rusiya tədricən Çinin təsirinə düşür

Professor: Rusiya tədricən Çinin təsirinə düşür

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Çin dünya üzərində hegemonluğa çan atır, bəlkə də onun bir addımlığındadır. Belə iddiası olan dövlətə şübhəsiz ki, müttəfiq lazımdır. İndiki halda Çin belə müttəfiq kimi Rusiyanı görür, bu rolu ruslara verir. Şübhəsiz ki, Ukraynada bataqlığa düşən Putin Rusiyası da Çinə meyl edir, tədricən onun təsirinə düşür”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli Çin-Rusiya münasibətlərindən danışarkən deyib.
Q. Hüseynli bildirib ki, Çin Rusiyanın etibarlı tərəfdaş və müttəfiq olmadığını anlayır: “Tarixən onlar arasında ziddiyyətlər və müharibələr olub, Çinin bir sıra əraziləri ruslar tərəfindən ələ keçirilib. Çin Uzaq Şərqdə bir sıra ərziləri özününkü sayır, amma bunu qabartmır, açıqlamır. Sözsüz ki, bu ərazilərdə gözü var. Mən Amur, Vladivostok və Primorski diyarlarını nəzərdə tuturam. Çinlilər günün birində bu ərazilərə sahib olmaq istəyirlər”.
Müsahibimizin sözlərinə görə, hazırda Rusiya ağır durumdadır, Çinə ehtiyacı var: “Rusiya müharibə aparır. Ona silah-sursat və ya ehtiyat hissələr əsasən Çindən və Şimali Koreyadan gətirilir. Əlbəttə, belə vəziyyətdə Rusiyanın Çindən başqa alternativi yoxdur. Prezident Vladimir Putin də bunları anlayır və vəziyyəti “malalamaqla” çıxış yolu axtarır. Odur ki, hazırda Çin ikitərəfli, bəlkə də gələcəkdə üçtərəfli olacaq blok yaratmaq istəyir. Burada üçüncü tərəf Şimali Koreya ola bilər”.
Professor izah edib ki, Çinin məqsədi Rusiyanı Qərbin əlindən almaq və onu gücləndirmək deyil, sadəcə, Rusiyanı irəli verib, əgər şans yaranarsa, tarixi torpaqlarını Rusiyadan almaqdır: “İndi Rusiya-Çin sərhədinin Rusiya hissəsində çoxlu sayda çinlilərin olduğu, işlədiyi haqda xəbərlər var. Çinlilər getdikcə bu ərazilərdə Rusiyanın içlərinə doğru genişlənirlər. Bunun necə başa çatacağını zaman göstərəcək”.
Q. Hüseynli qeyd edib ki, Rusiya prezidenti V. Putin əslində NATO-nun genişlənməsinə qarşı çıxış edir, bu prosesi dayandırmaq istəyirdi: “Amma nəticə etibarı ilə NATO böyüdü, onun sırasına daha iki dövlət qoşuldu, bu dövlətlərdən birinin Rusiya ilə min kilometrdən çox sərhədi var.
İkincisi, Rusiya Ukraynada müəyyən qədər ərazi işğal edib, amma Çinlə sərhəddə getdikcə ərazi itirir və bunun genişlənmə ehtimalı daha yüksəkdir. Şübhəsiz ki, hazırda Ukraynanın da Rusiya ərazilərinə hücum etmək imkanı var və bunu ukraynalılar Kurskda isbat ediblər”.
Professor sonda əlavə edib ki, yaxın illərdə Avropa hərbi-sənaye kompleksini qaydaya saldıqdan sonra durum daha da dəyişəcək. “Yəni Rusiya çətin vəziyyətlə üzləşir və Çindən daha çox asılı olur. Çin isə dünyada hegemon qüvvəyə çevrilmək yolunda irəliləyir. Bunun bir səbəbi də ABŞ-da indi mövcud olan siyasətdir”,-deyə Q. Hüseynli yekunlaşdırıb.
Nemət ORUCOV
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri