Icma.az
close
up
RU
Professor: Tarixi mədəni irsimizi qorumalıyıq

Professor: Tarixi mədəni irsimizi qorumalıyıq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 sentyabr, AZƏRTAC

Müasir dövrdə sivil dövlətlərin mədəni irs üzrə siyasətinin mühüm istiqamətlərindən biri ölkənin milli qürur mənbəyi və maddiləşmiş irsi olan tarixi şəhərlərin öyrənilməsi, təbliği və gələcək nəsillər üçün qorunması təşkil edir. Azərbaycan zəngin tarixi mədəni irsə malik ölkələrdəndir. Tarixi mədəni irs – yenidən yaradılması və istehsalı mümkün olmayan, qorunub gələcək nəsillərə ötürülən, keçmişin maddi obyektləri olub müasir dünyanın mühüm, unikal dəyərlərindəndir. Nadir, təkrarolunmaz tarixi-coğrafi landşafta malik Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri, xalqımızın tarixi mədəni irsinin və milli kimliyinin qürur mənbəyidir. Bu şəhər milli memarlığımızın, milli musiqimizin, el sənətlərinin, xalqımızın adət-ənənələrinin və yaşayış tərzinin cəmləşdiyi unikal bir məkandır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universiteti Arxeologiya və etnoqrafiya kafedrasının müdiri professor Tarix Dostiyev söyləyib. O, bildirib ki, Şuşanın tarixi hissəsi 1977-ci ildə Ulu Öndər Heydər Əliyev təşəbbüsü ilə dövlət qoruğu elan edilib. 2026-cı ilin fevralında Daşkənd şəhərində ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyasında “Şuşa Şəhər Dövlət Qoruğu”nun ICESCO-nun İrs siyasına daxil edilməsi barədə qərar qəbul edilib. Artıq Şuşa şəhəri təkcə Azərbaycanın deyil, həm də İslam dünyasının mədəni irsi hesab olunur. Tarixi mədəni irsə hörmətlə yanaşmaq hər bir vətəndaşın xalqı və dövləti qarşısında borcudur. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində göstərilir ki, tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur.

“Şuşaya səfər edən yerli turistlər tərəfindən son günlər qaya daşlarının üzərində müxtəlif adların yazılması narahatlıq doğurmaya bilməz. Şuşanın tarixi-coğrafi landşaftı şəhəri səciyyələndirən mühüm xüsusiyyətlərdən biridir. Şəhərin landşaftına hər hansı bir məsuliyyətsiz müdaxilə onun görünüşünə və abadlığına ziyan gətirir. Ümumiyyətlə, tarixi şəhərlərdə xüsusilə də, qoruq idarə ərazilərində müvafiq icra orqanlarının icazəsi olmadan hər hansı bir “yaradıcı fəaliyyət” arzuolunan deyil. Dünyanın müxtəlif bölgələrində və şəhərlərində qraffiti arzuolunmaz fəaliyyət kimi qiymətləndirilir. Şübhəsiz ki, bu ziyanverici fəaliyyətin daşıyıcıları çox zaman dərk etmədən mədəni irsə, təbii və mədəni landşafta, memarlıq abidələrinin görünüşünə ciddi ziyan vurmuş olurlar. Bununla da digər tərəfdən xalqımızın mədəni irsinə laqeydlik və hörmətsizlik nümayiş etdirirlər. Belə əməllər həm də Şuşanın erməni işğalından azad olunmasında canlarını qurban vermiş şəhidlərimizin ruhuna da hörmətsizlik kimi qəbul oluna bilər”, - deyə alim bildirib.

Professor əlavə edib ki, sivil dünyada insanlar tarixi şəhərlərdə yaşamaqdan bu şəhərləri ziyarət etməkdən qürur hissi keçirir və mədəni irs obyektlərinin qorunmasına öz töhfələrinin verməyə çalışırlar. Qabaqcıl dövlətlərdə mədəni irsin qorunması layihələrinin maliyyələşdirilməsində ictimaiyyətin fəal iştirakı, ianələr toplanması geniş yayılıb. Qrafitti yaradıcılığı ilə məşğul olan şəxslər daha yaxşı olardı ki, tarixi irsin qorunmasında müsbət fəaliyyətləri ilə diqqəti cəlb etsinlər.

Müxbir - Xatirə Cəfərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri