Icma.az
close
up
RU
Professor: Trampın sülh planı reallaşa bilər

Professor: Trampın sülh planı reallaşa bilər

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


“ABŞ-da hakimiyyətdə fərqli qüvvələr ola bilər, ancaq ən əsası Amerikanın maraqlarıdır. Hazırda ABŞ-da respublikaçılar hakimiyyətdədir. Yəhudi lobbisi, silah tacirləri, böyük korporasiyalar isə respublikaçıları dəstəkləyir. Prezident Donald Tramp da istəyir ki, respublikaçıların hakimiyyəti davam etsin. Buna görə də, baş verən prosesləri tam nəzarətdə saxlamağa çalışır”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəni dayandırmaq üçün irəli sürdüyü sülhlə bağlı təkliflərini şərh edərkən bildirib.
Professorun sözlərinə görə, hazırda demokratları dəstəkləyən tarixi fiqurlar çox azdır, əksəriyyəti vəfat edib. Bu baxımdan Trampın gedişlərinin məqsədi həm yəhudi lobbisini ələ almaq, həm də sakitləşdirməyə nail olmaqdır. “Çünki BMT Baş Assambleyasının 80-ci sessiyasında İsrail baş naziri Netanyahunun çıxışı zamanı çoxsaylı dövlətlərin təmsilçiləri zalı tərk etdilər. O cümlədən iyirmiyə yaxın ərəb dövləti. Bu, Trampı müəyyən qədər ayıltdı. Çünki lazım gəldikdə, ərəb ölkələri ABŞ-a da maliyyə yatırımı edirlər”,- C. Nuriyev əlavə edib.
Müsahibimiz bildirib ki, hazırda İsraildəki müəyyən qüvvələr də baş nazir Netanyahudan narazıdır və onun hakimiyyətdən getməsində maraqlıdırlar:
“Netanyahu ipinin üstünə odun yığılası siyasətçi deyil və çoxsaylı qüvvə ondan narazıdır. Digər tərəfdən, Türkiyənin mövqeyi də burada qeyd edilməlidir. Çünki İsrail və Türkiyə arasında arzuedilməyən istənilən hərbi qarşıdurma vəziyyəti qəlizləşdirə bilər. Türkiyə NATO dövlətidir və müharibə başlayarsa, NATO-nun 5-ci maddəsi işə düşməlidir. Lakin ABŞ heç vaxt İsraillə vuruşmayacaq, heç belə bir vəziyyəti arzulamır da. Odur ki, Qəzzada müharibəni bitirmək çox vacibdir. Üstəlik, Netanyahunun siyasəti İsrailə daha çox düşmənlər qazandırıb. Qəzza müharibəsinə Livandakı bəzi qüvvələr, eləcə də husilər və digərləri qoşulub”.
C. Nuriyev deyib ki, bir neçə gündən sonra Qəzza müharibəsinin iki ili tamam olacaq: “Bu müharibədə 60 minə yaxın insan öldürülüb, çoxsaylı yaralı var və 100 minlərlə insan qaçqın düşüb. Amma Netanyahu Qəzzaya tam sahib ola bilməyib. Getdikcə İsrailin potensialı da tükənir. Üstəlik, müharibəyə başqa ölkələrin qoşulma ehtimalı hər zaman mövcuddur. Bütün bunlar əlavə gərginliklər, problemlərdir. Mənim ehtimalıma görə, əslində yəhudi ağlı Donald Trampın vasitəsilə bu müharibəni dayandırmaq istəyir. Burada İran, Səudiyyə Ərəbistanı və digər faktorlar da mövcuddur”.
C. Nuriyev xatırladıb ki, ötən gün İsrail baş naziri Netanyahu ABŞ səfəri çərçivəsində Trampla müzakirələr aparıb: “Eyni zamanda baş nazir Qətər əmri ilə telefon əlaqəsi yaradıb və Dohaya hücuma görə ondan üzr istəyib. Belə də olmalıdır. Çünki Qətər ABŞ-nın əsas müttəfiqi, pul kisələrindən biridir. ABŞ Qətəri itirməyi göz önünə ala bilməz. Üstəlik, istəməz ki, Netanyahunun siyasəti sayəsində ərəb dünyası ondan üz çevirsin. Bu mənada ehtimal edirəm ki, əgər HƏMAS və onu dəstəkləyən ölkələr razılaşarsa, Donald Trampın sülh planı reallaşa bilər”.

Nemət ORUCOV
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri