Icma.az
close
up
RU
Trampın 28 maddəlik gizli planı: Reallaşa bilərmi? (ŞƏRH)

Trampın 28 maddəlik gizli planı: Reallaşa bilərmi? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Mövcud vəziyyətdə ən asan, mümkün olan yol Rusiyanın istəklərini maksimal dərəcədə qarşılamaqdır. Bu səbəbdən də Tramp müxtəlif üsullarla Ukraynanı buna sövq etdirmək istəyir".

Bunu Qayraninfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı müharibəni dayandırmaq üçün hazırlanan yeni plan çərçivəsində Rusiya hakimiyyətilə gizli məsləhətləşmələr apardığı barədə məlumatı şərh edərkən deyib. 

Ekspertin fikrincə, ola bilsin, Tramp əvvəlki təkliflərindən bir qədər də irəli gedərək, daha çox Ukrayna ərazisinin Rusiyanın əlində qalmasına və bununla da sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır:

"Çünki onu maraqlandıran əsas məsələ kimin torpaq qazanması və yaxud itirməsi deyil. Tramp üçün əsas olanı ticarətin aparılması və Nobel mükafatının alınmasıdır. Məhz Kiyevlə Moskva arasında bağlanacaq sülh Trampa lazım olan bu iki məqamın baş tutmasına yol açır. Trampın Rusiya qarşısında öhdəliyinin olduğu məsələsi isə yersizdir. Belə bir şey yoxdur".


Həmsöhbətimiz deyib ki, bu əsasda Tramp Ukraynaya daha çox təzyiq etsə də, bu təzyiqlərdən Rusiyaya da pay düşür:

"Onun üzdə görünən vasitələri sanksiyalardır. Amma Tramp indiki halda Ukraynanın daha zəif durumda olduğunu görür. Həmçinin, Kiyevin Qərbdən asılılığı qat-qat böyükdür. Təbii ki, nə qədər çox təsir rıçaqları varsa, bir o qədər də çox təzyiq rıçaqları var. Ona görə də bu məsələdə təzyiqlərə məruz qalan əsas obyekt Ukraynadır".

Lakin ekspert Trampın Ukrayna ilə bağlı bu planının da reallaşmayacağı qənaətindədir: 

"İnanmıram ki, yaxın vaxtlarda müharibəni dayandırmaq mümkün olsun. Tərəflərin mövqelərində uçurum çox böyükdür. Digər tərəfdən, Avropanın Ukrayna mövqeyində möhkəm dayandığı bir vəziyyətdə Kiyev bu dərəcədə böyük geriləmələrə razı olmayacaq. Ona görə də məsələ hələ uzun müddət davam edəcək".

Qeyd edək ki, xarici mətbuatın məlumatına görə, Tramp administrasiyası Ukraynadakı müharibəni dayandırmaq üçün hazırlanan yeni plan çərçivəsində Rusiya hakimiyyəti ilə gizli məsləhətləşmələr aparır. Bildirilir ki, ABŞ-ın bu  planında 28 maddə var və yüksək vəzifəli Rusiya rəsmisi ona "optimist yanaşdığını” bildirib. Plana görə Rusiya işğal etdiyi torpaqları əlində saxlayır. 

Məlumata əsasən, plan üzərində işi Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff idarə edir və o, planı Rusiyanın səfiri Kiril Dmitriyevlə ətraflı müzakirə edib. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri