Icma.az
close
up
RU
Professor: Turanın yaranmaması üçün əllərindən gələni edirlər

Professor: Turanın yaranmaması üçün əllərindən gələni edirlər

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“ABŞ prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tərifləməsi səmimiyyətdən deyil, başqa məqsədlər üçündür. Aydındır ki, Yaxın Şərqin “nadinc uşağı” İsraildir. İsrail baş naziri Binyamin Netanyahu ABŞ-a səfər etmişdi və sözsüz ki, həm də Türkiyə ilə bağlı narahatlıqlarını ABŞ-la bölüşürdü, ola bilsin, Ankaradan şikayət də edirdi. Trampın özü biznesmen olsa da, ətrafında yaxşı məsləhətçiləri var və böyük ehtimalla, onların tövsiyəsinə uyğun olaraq ABŞ prezidenti Türkiyə liderini təriflədi. Yaxın Şərq insanları isə tərifi sevir, buna böyük dəyər verirlər. Qənaətimcə, ABŞ tərəfinin Türkiyə ilə bağlı hansısa niyyəti var. Bu, Türkiyəni Rusiya-Ukrayna siyasətinə cəmləşdirmək də ola bilər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev əlavə edib ki, Türkiyənin dostu olan bəzi Orta Asiya ölkələrinin Yunan Kiprində səfirlik açması da təsadüfi deyil: “Böyük ehtimalla onlar Türkiyənin xeyir-duasını almadan bunu ediblər. Belə çıxır ki, həm də Türk Kiprin müstəqilliyi arxa plana keçir. Əlbəttə, bəlli qüvvələr Turanın yaranmaması üçün əllərindən gələni edirlər. İran da bunda maraqlıdır. Belə görünür ki, ABŞ-da bu məsələyə kənardan baxır”.
Professor bildirib ki, Suriya 600 il Türkiyənin nəzarətində olub: “Hesab edirəm ki, indi ssenari başqadır. Məqsəd Türkiyəni zəiflətməkdir. Bu baxımdan Trampın Ərdoğanı sevgidən deyil, başqa məqsədlə təriflədiyini ehtimal edirəm. Yəni Tramp İsrail baş nazirinə deyir ki, “sən bu işlərə qarışma, mənim Türkiyə ilə bağlı öz planım var”. Ancaq aydındır ki, cənab Ərdoğan da peşəkar siyasi fiqurdur olduğunu dəfələrlə sübut edib. Yəni ABŞ-nın istək və niyyətləri alınmayacaq. Sonda Türkiyənin maraqlarını qəbul etməli olacaq”.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri