Elvin Camalov: Komanda üçün meydanda əllərindən gələni etməlidirlər
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əlbəttə milliyə dəvət aldığım üçün sevincli və məsuliyyətliyəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Elvin Camalov deyib.
30 yaşlı yarımmmüdafiəçi Azərbaycan yığmasının Haiti və Belarusa qarşı keçirəcəyi yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb:
"Bu matçlar bizim üçün vacibdir. Rəqibdən asılı olmayaraq, millidə daim bayrağımızı təmsil edirik. Bu səbəbdən hər zaman ən yaxşısını etməliyik".
Camalov bir neçə gənc oyunçunun ilk dəfə toplanışa dəvət almasına münasibət bildirib:
"Hər zaman onlara dəstək olmaq lazımdır. Yığmaya dəvət almaları özləri üçün böyük məsuliyyət deməkdir. Komanda üçün meydanda əllərindən gələni etməlidirlər".
O, qarşılaşacağı komandalar haqqında çox danışmaq istəmədiyini söyləyib: "Daha əvvəl də dediyim kimi rəqibdən asılı olmayaraq özümüzü düşünürük. Oyunlara yaxşı hazırlaşırıq. Kollektiv şəklində ən yaxşını edib qalibiyyət əldə etməliyik".
Qeyd edək ki, Azərbaycan yığması martın 22-də Haiti, üç gün sonra Belarusla üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















