Icma.az
close
up
RU
Professor: Ukraynanı qurban verən ABŞ Ermənistana qucaq açmayacaq

Professor: Ukraynanı qurban verən ABŞ Ermənistana qucaq açmayacaq

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Amerikanın bundan sonra Ermənistanın qayğısına qalacağı real deyil. ABŞ-nın hazırkı dövlət katibi və kəşfiyyat xidmətinin rəhbəri erməni diasporasına yaxın olub, Ermənistanı dəstəkləsələr də, indi vəziyyət fərqlidir. Yəni prezident Donald Trampın yürütdüyü siyasət ənənəvi ABŞ siyasətindən fərqli davam edir”.
Bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev qeyd edib ki, prezident D. Tramp daha çox ABŞ-nın iqtisadi maraqlarını önə çıxarır və ölkələrlə münasibətlərə bu kontekstdən baxır:
“Tramp deyir ki, Amerikanı böyük edəcəyəm. Fikrimcə, dediyini edə biləcək. ABŞ-nın digər liderləri işlərini əsasən təbliğat üzərində qursalar da, Tramp iqtisadi məsələləri önə çəkir, ölkəsi üçün lazımsız xərcləri rədd edir. Belə lazımsız xərclərdən biri də Ermənistanla bağlıdır. Məsələn, son 30 ildə ABŞ-nın ənənəvi siyasətinə uyğun olaraq Ermənistana hər il milyonlarla dollar verilib. Eləcə də bir zamanlar bizim ərazilərimizdə kök salmış erməni separatçılarına. Təsəvvür edin ki, USIAD adlı qurum son iki ildə Ermənistana maliyyə dəstəyini 110 milyondan 200-250 milyon dollara qədər artırmışdı. Prezident Tramp isə həm də ABŞ dövlətini lazımsız xərclərdən azad edir, yəni Ermənistan kimi ölkələrdən. Odur ki, indi Ermənistanın ABŞ tərəfindən qucaqlanması ehtimalını yüksək saymıram. Əslində Ermənistan kimi xırda dövlətlərlə əlaqə saxlamaq ABŞ kimi ölkəyə uyğun deyil. Üstəlik, Trampda bilir ki, Ermənistanla Rusiyanın üzərinə getmək yanlış siyasətdir”.
Professor əlavə edib ki, Ermənistanın ABŞ üçün əhəmiyyətini azaldan ikinci mühüm məqam ABŞ-Rusiya münasibətlərinin yumşalması, Vaşinqtonun Çinə qarşı iqtisadi mübarizədə Rusiyanı yanında görmək niyyətidir: “Ermənistan belə niyyətlərin yanında heç bir əhəmiyyətə malik deyil. Yəni ABŞ özü üçün vacib saydığı siyasəti həyata keçirəcək. Hesab edirəm ki, Vaşinqton Ermənistana əhəmiyyət verməyəcək. Yəni Ermənistanın ABŞ-a pəncərəsi qapanacaq. Ukraynanı öz siyasətinə qurban verən ABŞ-nın Ermənistanı müdafiə etməsi mümkün deyil”.
C. Nuriyev ehtimal edir ki, Ermənistan Rusiyadan da dəstək ala bilməyəcək:
“Ermənistan ən kritik zamanda Rusiyanı satıb. Üstəlik, Putinin bu ölkəyə səfərinə əngəl olan qanunu ratifikasiya edib. İndi münasibətlər gərgindir və düşünmürəm ki, bu, bir müddət sonra normallaşsın.
Ermənistandan hər zaman müxtəlif qüvvələr istifadə edib. Əgər Azərbaycan-Rusiya münasibətləri gərginləşsə, ruslar Ermənistandan bizə qarşı istifadə etməyə cəhd göstərə bilərlər. Amma Rusiyanın da iqtisadi vəziyyəti ürəkaçan deyil və bu ölkə də artıq əsasən, ticarət əlaqələrinə diqqət etməyə başlayır.
Mənim proqnozuma görə, Ermənistan ortada qalacaq, artıq onun əhəmiyyəti yoxdur. Sadəcə, biz Rusiyanın səmimiyyətinə inanmalıyıq. Azərbaycan prezidentinin apardığı yüksək səviyyəli iş nəticəsində Rusiyanın ölkəmizə siyasi təsiri əvvəlki qədər deyil”.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri