Icma.az
close
up
RU
Professor: Zəngəzur və Dərələyəzin Ermənistana verilməsinin hüququ qüvvəsi yoxdur

Professor: Zəngəzur və Dərələyəzin Ermənistana verilməsinin hüququ qüvvəsi yoxdur

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin guya Zəngəzur dəhlizinin açılmasına onların imkan vermədiyini deməsi və bu dəhliz açılacağı təqdirdə İranın Avropaya çıxışının bağlanacağı haqda söylədikləri qeyri-ciddidir. Vilayəti o məsələdə haqlıdır ki, farslar və ermənilər mənşə baxımından bir-birinə daha yaxındırlar”.
Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Seyid Əli Xamnəinin müşaviri Əli Əkbər Vilayətinin fikirlərini şərh edərkən deyib.
Professorun sözlərinə görə, cənab Vilayəti bir zamanlar İranın Xarici işlər naziri olub və ölkəsinin Avropaya çıxışından danışarkən tarixə baxmalıdır.
“Zəngəzur dəhlizi mövcud olduğu dövrlərdə də İranın Avropa ilə əlaqəsi, quru yolu olmayıb, indi də yoxdur. Ermənistan özü Gürcüstan vasitəsilə Avropaya çıxış əldə edir. Yəni nə əvvəl, nə də indi İranın Avropaya çıxışı Ermənistan üzərindən olmayıb. Əgər Vilayəti Avropaya çıxışlarından narahatdırsa, Türkiyə ilə əlaqələri yüksək səviyyədə qursunlar. Çünki Avropaya ilə birbaşa əlaqə Türkiyə üzərindən mümkündür”,- deyə C. Nuriyev əlavə edib.
Professorun iddiasına görə, İran faktiki olaraq Ermənistanı satıb:
“Azərbaycan ayrılmaz ərazisi olan Naxçıvanla yerüstü əlaqəni gücləndirməyə çalışır. Zəngəzur dəhlizi həm də bu baxımdan önəmlidir. Lakin Ermənistan bu məsələni gecikdirdi, Azərbaycan isə Naxçıvanla quru əlaqəni gücləndirmək məqsədilə İranla razılaşdı, körpü salınır, yol düzəldilir və s. Güman edirəm ki, Zəngəzur dəhlizi açıldıqda belə, bu, İrana problem yaratmayacaq”.
C. Nuriyev xatırladıb ki, Ermənistan bir dövlət kimi 1918-ci ildə yaradılıb və buna qədər indiki Ermənistan əraziləri Azərbaycana məxusus olub.
Müsahibimiz məlumatına görə, hazırda Qərbi Azərbaycan İcması tarixi torpaqlarımızla bağlı ciddi araşdırma aparır:
“Aydındır ki, yalnız İrəvan şəhəri Azərbaycanın razılığı ilə Ermənistana verilib. Ancaq Zəngəzur və Dərələyəzin Ermənistana verilməsində Azərbaycanın razılığı olmayıb, bu əraziləri Rusiya verib. Bunun da hüququ qüvvəsi yoxdur. Zamanında bu ərazilər Naxçıvan vilayətinin tabeliyində olub və bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 İyun 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri