Icma.az
close
up
RU
Professor: Vaşinqton görüşü Azərbaycanın meydanda əldə etdiyi uğurun masa arxasında təsdiqlənməsi idi

Professor: Vaşinqton görüşü Azərbaycanın meydanda əldə etdiyi uğurun masa arxasında təsdiqlənməsi idi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

İstanbul, 10 avqust, Günel Karatepe, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən Zirvə görüşündə iki ölkə arasındakı sülh sazişinin paraflaması Cənubi Qafqazdakı güc dinamiklərini dəyişdirən bir addım kimi qiymətləndirilə bilər. Bu addım, Azərbaycanın 44 günlük Vətən müharibəsində meydanda əldə etdiyi uğurun masa arxasında da təsdiqlənməsi deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.

Vaşinqton görüşünün 907-ci düzəlişin tətbiqinin dayandırılması, geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması, ATƏT-in Minsk Qrupunun ləğvi istiqamətində atılan addımla yanaşı, yüz ildən artıq davam edən müharibənin bitirilməsi və bölgəyə sülhün gətirilməsi demək olduğunu bildirən professor sözlərinə belə davam edib: “Güclü iradəni nümayişidir etdirən bu qərar həm Azərbaycan, həm də region üçün çox böyük nailiyyət olacaq. Nəticə etibarilə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasını təmin edən bu sənədi Bakı üçün tam bir qələbə kimi görmək mümkündür. Digər tərəfdən, bu sazişlə Zəngəzur dəhlizinin açılması, xüsusilə Azərbaycan ilə Türkiyə, ümumilikdə isə Türkiyə ilə Orta Asiya Türk dövlətləri arasında birbaşa quru əlaqəsinin təmin edilməsi Türkiyənin də regional ticarət və logistika sahəsindəki mövqeyini gücləndirəcək. Beləliklə, Cənubi Qafqazda tarixi bir dönüş nöqtəsi xarakteri daşıyan Sülh sazişi, ABŞ üçün ənənəvi güc balanslarını sarsıdaraq strateji bir dəhliz və iqtisadi imkan sahəsi formalaşdırmışdır. Yaranmış bu yeni geosiyasi vəziyyət eyni zamanda Türkiyə ilə ABŞ arasında yeni tərəfdaşlıqların formalaşmasının da yolunu açacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see239

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see166

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see157

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see140

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see134

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see130

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see124

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see122

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see122

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see121

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri