Icma.az
close
up
RU
Vaşinqton görüşü sülhün əldə olunması üçün mühüm fürsətdir ANALİZ

Vaşinqton görüşü sülhün əldə olunması üçün mühüm fürsətdir ANALİZ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sülh yalnız Azərbaycan-Ermənistan üçün deyil, bütün region üçün faydalıdır


 Naqif Həmzəyev: Zəngəzur dəhlizi sülh anlaşmasının əsas komponentidir


Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır.

Bu barədə Prezident İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.


Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldıqdan dərhal sonra Ermənistanla sülhün əldə olunması üçün bütün mümkün vasitələri işə saldı və sülhün əsas təşəbbüskarı kimi çıxış etdi:


"Təəssüf ki, Ermənistan həmin dövrdə sözdə sülh istəsə də, müxtəlif vaxtlarda təxribatlara əl ataraq prosesi uzatdı. Həmçinin İrəvan Üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdı. Buna baxmayaraq, Azərbaycan antiterror tədbirlərini uğurla həyata keçirərək separatçıları tam zərərsizləşdirdi və 2023-cü ildə suverenliyini tam bərpa etdi. Məhz 2023-cü ilin sentyabrın 20-dən sonra suverenliyin bərpası ilə Ermənistan siyasi rəhbərliyi və ona süni dəstək verən havadarları başa düşdülər ki, proseslər Azərbaycanın istədiyi istiqamətdə gedir və sülh qaçılmazdır. Artıq hamıya aydın oldu ki, sülhün alternativi yoxdur və bu yalnız Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində mümkündür. 2024-cü ildə delimitasiya və demarkasiya ilə bağlı əldə olunan irəliləyişlər də bunun göstəricisidir. Heç bir vasitəçi olmadan Azərbaycanla Ermənistan arasında sərhədin 13 kilometrə yaxın hissəsində dəqiqləşdirmə işləri aparılması barədə razılıq əldə olundu və Qazaxın işğal altında olan kəndləri geri qaytarıldı. Lakin sülh müqaviləsinin tam razılaşdırılması istiqamətində Ermənistan yenə də müəyyən məsələlərdən boyun qaçırdı. Azərbaycan isə sülhə məcburetmə siyasətini uğurla davam etdirərək nəhayət Vaşinqton görüşü üçün zəmin yaratdı. Ağ Evdə sülh müqaviləsinin paraflanması və Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı birgə bəyanat faktiki olaraq sülhə yaxınlaşmağımızın göstəricisi oldu. Xüsusilə də ATƏT-in Minsk Qrupunun fəaliyyətsiz həmsədrlərinin işinin dayandırılması və ABŞ prezidentinin bu prosesdə tərəflərin mövqeyini dəstəkləməsi Azərbaycanın əsas şərtlərindən birinin reallaşması idi. Beləliklə, Vaşinqton görüşü sülhün əldə olunması üçün mühüm fürsət oldu. İmzalanacaq sülh müqaviləsinin paraflanması və ABŞ prezidentinin bu prosesə şahidliyi gələcəkdə Ermənistanda siyasi dəyişiklik olsa belə əldə edilmiş razılaşmaların qüvvədə qalmasına zəmanət verir. Bu səbəbdən də Vaşinqton görüşünün əhəmiyyəti çox böyükdür".


Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, sülhü ən çox istəyən tərəf məhz Azərbaycandır:

"Bu sülh yalnız Azərbaycan-Ermənistan üçün deyil, bütün region üçün faydalı olacaq. Xüsusilə də Zəngəzur dəhlizinin açılması barədə əldə olunmuş razılıq sülh anlaşmasının əsas komponentlərindən biridir. Çünki dəhlizin işə düşməsi xalqların sülh anlaşmasından sonrakı proseslərə hazırlanması, diplomatik münasibətlərin qurulması və səfirliklərin açılması ilə davam edəcək. Bütün bunların düzgün icrası baş tutarsa, xalqlar arasında etimadın bərpası və münasibətlərin möhkəmlənməsi müşahidə olunacaq. Gələcəkdə Ermənistanın da Azərbaycan nəqliyyat şəbəkəsinə və infrastrukturuna inteqrasiya etməsi region dövlətlərinin ümumi inkişafına töhfə verəcək. Eyni zamanda Azərbaycan Ermənistanın üzərinə götürdüyü digər öhdəlikləri də yerinə yetirməsini gözləyir. Cənab Prezidentin təbirincə desək, Ermənistanın “ev tapşırıqları” var. Bu tapşırıqlar vaxt itirmədən, qısa zamanda yerinə yetirilməlidir ki, verilən sözlərin reallaşmasına şahid olaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri