Icma.az
close
up
RU
Professor: Xankəndidə müşahidə etdiklərimiz Azərbaycanın böyük uğurudur

Professor: Xankəndidə müşahidə etdiklərimiz Azərbaycanın böyük uğurudur

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“İndi Azərbaycanda çox mühüm tədbir keçirilir. Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII sammitini nəzərdə tuturam. Bir neçə dövlətin prezidenti bu tədbirdə iştirak etmək üçün Xankəndiyə gəlib. Beş il əvvəl biz bunu yalnız röyada görə bilərdik, indi isə reallığa çevrilib”.
Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Xankəndidə baş tutan İƏT-in XVII zirvə görüşündən danışarkən deyib.
Professorun sözlərinə görə, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ilk dəfədir Xankəndidə belə mühüm tədbir keçirilir: “Bununla Azərbaycan dünyaya mesaj verir ki, 100 ildən sonra Xankəndidə tədbir keçirir, Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əlbəttə, bu tədbirdə bir neçə dövlətin prezidenti iştirak edir. O cümlədən İran və Tacikistanın da. Bu, son dərəcə böyük əhəmiyyətə malikdir”.
C. Nuriyev qeyd edib ki, Azərbaycan prezidenti 10-a yaxın dövlətin liderini Qarabağa gətirib: “Prezident İlham Əliyev bununla həm də göstərir ki, Azərbaycan sülhsevər dövlətdir, beynəlxalq hüquqa, humanizmə dəyər verir. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ərazi bütövlüyünü təmin edib və beynəlxalq hüququn tələbini həyata keçirib. İndi isə, bir zamanlar dağıdılan bu ərazilərdə dünyaya fayda verəcək tədbirlər keçirir. Bəli, bu gün Xankəndidə yaşananlar Azərbaycan dövlətinin xarici siyasətinin böyük uğurudur”.
C. Nuriyevin fikrincə, Xankəndi şəhərində reallaşan bu tədbir həm də son zamanlar əsassız olaraq Azərbaycanın üzərinə gələn Rusiyaya cavabdır: “Bu, Rusiyada baş verənlərə mesajdır ki, Azərbaycan tək deyil, onun dostları, müttəfiqləri var, eyni zamanda sülhsevər dövlətdir, hər kəslə bərabərhüquqlu əməkdaşlığa açıqdır”.
İƏT-in Xankəndidə keçirilən tədbirində Şimali Kipr Türk Respublikası Prezidentinin iştirakına da toxunan C. Nuriyevin qənaətincə, bu səfər də diqqət çəkən nüansdır: “Azərbaycan bu məsələyə həssaslıqla yanaşır, müstəqillik əldə edən ölkələrə diqqət ayırır və beynəlxalq hüquqa hörmətlə yanaşır”.
Nuriyev sonda əlavə edib ki, Xankəndidə keçirilən bu tədbirlə Azərbaycan eyni zamanda 30 il işğal altında qalan, dağıdılan, darmadağın edilən Qarabağın bərpa olunduğunu nümayiş etdirir:
“Tədbirdən öncə prezident Əliyevin bir sıra obyektlərin açılışını etməsi, həmçinin bəzi dost prezidentlərin bu açılışlara şəxsən qatılması diqqət çəkdi. Azərbaycan qısa müddətə Qarabağı bərpa edib və proses davam edir.
Qeyd edim ki, II Dünya Müharibəsindən sonra ABŞ-nın ciddi dəstəyi ilə Almaniya və Yaponiyanın bərpa prosesi 15 il çəkdi. Ancaq Azərbaycan bu işləri qısa müddətə həyata keçirir”.

Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri