Icma.az
close
up
RU
Professor böyük müəllimdir

Professor böyük müəllimdir

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Pərviz müəllim may ayının 7-də sizin “Elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır” adlı məqaləniz yayınlandı. Məqalədə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025 tarixli “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da təhlil edilir. Bu optimallaşdırma Azərbaycan elminin inkişafına nə kimi təsirlər edəcək?

Qeyd etdiyiniz sərəncam Azərbaycanda Elmin inkişafı ilə əlaqədar dövlət siyasətinin ifadəsidir. Düşünürəm ki,  əsas məqsəd elmi-tədqiqat müəssisələrinin ali təhsil infrastrukturuna yaxınlaşdırmaq və inteqrasiya etmət, qarşılıqlı stimullaşdırma və saglam rəqabətin gücləndirilməni həyata keçirməkdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə dövlət Komissiyasının sədri, Azərbaycan Respublikası Baş nazirininmüavini Samir Şərifovun imzası ilə 2025-ci il, aprel ayının 10-da təsdiq olunmuş “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2025-ci il üzrə Yol Xəritəsi” də respublikada elmin və ali təhsilin yeni dövrün tələblərinə uygunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Bu proseslər elmi tədqiqatla məşgul olanları ali təhsiləinteqrasiya etmək, elmi nailliyyətlərin tətbiqini həyata keçirmək, elmi məhsulların kommersiyalaşdırılmasını təmin etmək, informasiya proseslərinin qiymətləndirilməsini müasir metrik üsullarla həyata keçirmək və dünyada baş verən elmi-informasiya proseslərinin aktiv iştirakçısı olmaq məqsədi daşıyır.

Redaktor.az tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Kazimi P.F. müsahibəsini təqdim edir:

Optimallaşdırma ilə reytinqlərin nə kimi əlaqəsi var?

Məqalədən də göründüyü kimi optimallaşdırma elm və təhsil müəssisələrinin potensialının gücləndirilməsinə yonəldilib. Elmi potensialın gücləndirilməsi elm və təhsil  müəssisələrimizi rəqabət qabiliyyətli edir, səmərəliliyi artırır, onların beynəlxalq akademik platformalarda göstəricilərinin yüksəlməsini təmin edir, elmi müəssisələrin cazibədarlıgı artır, beynəlxalq əməkdaşlıga geniş imkanlar yaranır.

Azərbaycanda elmin inkişafı ilə məşgul olan paralel qurumlar hesab edir ki, bir alimin ugur qazanması üçün, yəni elmi ad və elmi dərəcə alması üçün indeksləşən məlumat bazalarında iki məqalə çap etdirmək və ya nüfuzlu bir nəşriyyatda bir manaqrafiya çap etdirmək kifayət edir. Bəs bundan sonra nə olmalıdr? Alim AliAtestasiya Komissiyasından şəhadətnaməsini aldıqdan sonra iftixarla “elmi” kənara qoyub qürurla dövlət qurumlarında, müxtəlif ticarət müəssisələrində işləməyə başlayır. Baxmayaraq ki, o vəzifələri əldə etmək üçün elmi ad və ya elmi dərəcəyə ehtiyac yoxdur.

AAK-ın mötəbəd hesab etdiyi nüfuzlu elmi jurnallarda çap olunan bir məqalənin qiymətini 1500 dollar, nüfuzlu nəşriyyatlarda çap olunacaq monaqrafiyanın bir dənəsini 10 min dollar oldugunu nəzərə alsaq hər bir kəs bunu edə bilər. Alim əməyinin bu şəkildə qiymətləndirilməsi narahat edicidir.  Alim olmaq üçün iki məqalə və ya bir monoqrafiya tələbi yanlışdır. Alim mütəmadi olaraq elmi fikrin istehsalı ilə məşgul olur. Bəzən üzərində illərlə işlədiyi elmi konsepsiya yanlış da ola bilir. Ancaq bu onun elmsizliyini göstərmir.

Yeri gəlmişgən plagiat haqqında da məlumat verin. Plagiat hansı hallarda müəyyənləşdirilir?

Nəzərinizdə olsun ki, gündəlik həyatımızda çox sayda plagiat edirik. Oxudugumuz, eşitdiyimiz müxtəlif zərb-misalları, hikmətli fikirləri, aforizmləri müəllifinə isnad vermədən həyatımızın hər anında gen-bol işlədirik. Elmdə isə uzun müddət plogiat əleyhinə tədbirlər ənənvi olaraq akademik etika ilə tənzimlənib. Hal-hazırda elmi İnformasiya kütləsinin çoxlugu və müasir informasiya texnologiyalarının tətbiqi ilə mətnlərin uygunlüq dərəcəsini müəyyənləşdirmək mümkündür. Lakin antiplagiat tədbirləri, onun normalaşdırılması hüquqi prosesdir və qanunvericiliklə tənzimlənməlidir. Bu meyarlar müəllif hüquqları komitəsi ilə də əlaqələndirilməlidir.

Hal-hazırda tətbiq olunan antiplagiat tədbirləri müəssisə və təşkilatların özfəaliyyətindən başqa bir şey deyil. Məsələn,antiplagiat tədbiri məqsədi ilə AAK 10 faizdən aşagı uygunluq dərəcəsi müəyyənləşdirib. Nə üçün 10 faiz, 25 faiz deyi? İzahı yoxdur. Ciddi akademik əsərlərdə 20-40 faiz uygunluq dərəcəsi əsərin ciddiyyətinə kölgə salmır. Bəzi hallarda elmi tədqiqat işinin 10 faizi ciddi elmi nailiyyəti ifadə edir və böyük ugur hesab edilir. Bu kimi tədqiqatların elmiliyini müəyyənləşdirəcək qurum elmi şuralardır, AAK deyil.

Hesab edirsiz ki, plagiat qiymətləndirilməsi və ya elmi adların verilməsində sui-istifadə halları ola bilməz və buna nəzarət olunmamalıdır?

Xeyir elə düşünmürəm. Sui-istifadə halları bütün formalarda mümkündür. Onu elmi şuralarda, müdafiə şuralarında və AAK-ın fəaliyyətində də görmək olar. Neqativ halların olmaması üçün prosesin şəffaf olması vacibdir. Sui-istifadə halları “baglı qapı arxasında” olur. Qapıları “açıq” qoymaq lazımdır. 10-15 illik elmi fəaliyyətin qiymətləndirilməsi 2-3 məmur tərəfindən baglı qapıları arxasında baş verirsə deməli sui-istifadə də olacaq, neqativ hallar da, rüşvət də.

Bu gün Azərbaycanda real elmi-pedaqojı fəaliyyətlə məşgul olan professorların sayı “dekorativ professorların” sayından azdır.Onlar da 80-90 yaşındadırlar. Dövlət yeni universitetlər yaradır, müxtəlif elmi istiqamətlərdə yeni kafedralar açılır. Bu kafedraları yaratmaq üçün professor və dosentlər olmalıdır. Məktəb müəllimləri ilə universitet təhsili verilə bilməz.

Ali Atestasiya Komissiyasının fəaliyyətindən söz düşmüşkənmaqistr desertasiyaları AAK-ın səlahiyyətlərinə nə vaxt veriləcək?

AAK, hal-hazırda əsasən daha yüksək elmi dərəcələr və elmi adların verilməsi ilə məşgul olur. Mən də hesab edirəm ki, bir anlaşılmamazlıq var. Maqistr təhsili elmi fəaliyyətin ilk pilləsidir.Dünya təcrübəsində də maqist elmi dərəcə hesab edilir.Düşünürəm ki, maqistr disertasiyasının müdafiəsi ilə əlaqədar sənədlərin verilməsi AAK-ın vəzifəsi olmalıdır. Lakin hələ də bu işlə Elm və təhsil nazirliyi məşgul olur. Bu sualı nazirlik əməkdaşlarına versəniz daha ətraflı cavab ala bilərsiniz.

Son zamanlarda elmi müəssisələr və ali təhsil ilə əlaqədar mediyada bir sıra çıxışlara rast gəlirik. Hansı fikirlər inkişafı ifadə edir, hansı fikirlər populistdir ayırd etmək olmur. Bu haqda nə deyə bilərsiz?

Razıyan sizinlə, Televiziyada aspirantura təhsili ilə əlaqədar danışarkən bir kimyaçı alim deyir ki, hər şey yaxşıdı, bir filoloq deyir ki, xeyir, vəziyyət “gülməlidir”… Neft-kimya sahəsində təhsil almış gənclərimizin bu sahədə akademik karyera qurmaq istəyi təbiidir. Azərbaycan neft-kimya sahəsində ənənələri olan ölkədi və gənclərimiz bu sahənin perespektivliyi haqqında məlumatlıdır. Filolojı sahələrdə elmi karyera daha mürəkkəb prosesdir. Artıq ərəb dilini bilməyən ərəb ədəbiyyatı mütəxəssisləri, latın dillərini bilməyən latın amerika ədəbiyyatı tədqiqatçılarını çox görürük. Eləcə də fars dilini bilməyən lakin fars dilli tarixi əsərləri, əlyazmaları araşdıran tarixçilərimiz də çoxalıb. Bir sözlə elmin inkişafı üşün diferensial strategiyalar həyata keçirilməlidir. Eyni zamanda da elmi istiqamətlərin inteqrasiyası və multi distiplinar sahələrdə olan perespektivlər təblig olunmalıdır.

Populist yanaşmalardan bir nümunə də göstərim. Professor adını daşıyan bir məmur müsahibə zamanı iddia edir ki, “Şpringerdə” monoqrafiyası çıxmış alimlərə professor adı vermək olar… Araşdırmalar isə göstərir ki, o məmurun özünün belə bir manaqrafiyası yoxdur, lakin başqaları üçün bunun vacib oldugunu iddia edir. Bu halda aparıcı ondan soruşmur ki, Şpringer də, Skopus da və AAK-ın mötəbər hesab etdiyi indeksləşən məlumat bazaları özəl qurumlardır və bütün xidmətləri pulludur. Eyni zamanda pulsuz olan Türkiyənin çox qiymətli məlumat bazası “ULAKBİM” ilə əlaqələr və əməkdaşlıqlar haqqında heç biraddım atılmır. 

Siz məqalənizdə yazırsınız ki, bu optimallaşdırmanın nəticəsində Gəncə, Sumqayır və Naxçıvan Universitetlərinin akademik potensialı artacaq. Bu özünü nə şəkildə göstərir.

Qeyd olunan universitetlərin 2023-cü ildən açıqlanan H indeksi reytinqi kifayət qədər yüksəkdir və son 2 ildə də dinamik inkişaf edir. İnkişafın dinamikasını qoruyub saxlamaq üçün akademik persanalın da inkişafı və  dayanıqlıgı təmin olunmalıdır. Ali təhsil ilə əlaqədar qüvvədə olan qanunvericiliyə görə universitetlərdə dərs deyən müəllimlərin elmi dərəcələri olmalıdır. Konkret vəziyyətlər üçün elmi şuraların qərarı ilə perespektivli gənc mürəxəssislərə dərs demək icazəsi verilir. Əgər elmi dərəcəsi olan yoxdursa, perespektivli gənc tədqiqarçı da yoxdursa o hallarda “istədikləri üçün”, və ya “istəmədən” məktəb müəllimi aftomatik universitet müəlliminə çevrilir. Etiraf edək ki, elmi dərəcəsi olan mütəxəssislərin təhsildə iştirakı təhsilin keyfiyyətini müəyyənləşdirir. Əksər hallarda bu belədir.

Nazirlər kabinetinin yol xəritəsini qeyd etdiniz. Beynəlxalq reytinqlərimizlə baglı nə deyə bilərsiniz?

2017-ci ildən başlayaraq Azərbaycanın elmi müəssisələri və xüsusilə də Ali məktəblərinin reytinqləri dinamik şəkildə artmaqdadır. 2023-cü ildən açıqlanmaga başlayan Azərbaycan milli H indeksi reytinqlərin sistemləşməsində əhəmiyyətli rol oynada. Müxtəlif elmi istiqamətlərdə əldə etdiyimiz ugurlar, tanınmış alimlərimiz və onların İF (təsirlilik) meyarlarını bu cədvəllərin əsasında müəyyənləşdirmək mümkündür.

Tez-tez suallar verilir ki, ən yaxşı universitetimiz hansıdır? Beynəlxalq reytinq cədvəllərinə əsasən cəsarətlə demək olar ki, mültidistiplinar universitetlərimiz sırasında Bakı Dövlət Universiteti ən irəlidə olan universitetdir. Həqiqətən də Bakı Dövlət Universiteti milli sərvətimizdir. Lakin sahəvi universitetlər sırasında Azərbaycan Dillər Universiteti beynəlxalq reytinqlərdədaima nüfuzlu yerlərdən birini tutur. İqtisadiyyat yönümlü universitetlər içərisində UNEK-in beynəlxalq reytinqi bir neçə ildir ki, yüksəkdir və inkişaf dinamikası görsənir. Mükəmməlqiymətləndirmə deyilən bir metodika yoxdur. Multidistiplinar universitetləri sahəvi universitetlərlə müqayisə etmək yanlışdır.Perviz müəllim,  “dekorativ professorlar” dedikdə kimi və nəyi nəzərdə tutursunuz? 

Bu, iki cümlə ilə və ya yalnız sözlə ifadə olunacaq durum deyil.  Sənədlə, isnadla və əsaslandırılaraq göstərilməlidir. Psixolojı durumdur  və PR hadisəsi olaraq baxılmalıdır. Professor böyük müəllim deməkdir. Əgər o tədris prosesinin iştirakçısı deyilsə bəs onda necə professordur? Bu barədə ayrı bir zamangeniş müzakirə aça bilərik. 

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see610

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see467

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see387

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see364

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see262

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see245

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see240

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see218

Livitt istefa verdi

13 Avqust 2026 00:16see217

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see209

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see197

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see181

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see181

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see180

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see178

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see174

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see169

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see166

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see163

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri