Professorun qorxunc proqnozu: Qapılarımızı milyonlarla qaçqın döyə bilər
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qaziantep Universiteti Coğrafiya bölümü müəllimi Dos. Dr. Gülşen Kum bildirib ki, quraqlıq və iqlim dəyişikliyi 2050-ci ilə qədər su çatışmazlığına və miqrasiya dalğalarına səbəb olacaq.
Sherg.az xəbər verir ki, professorun sözlərinə görə, xüsusilə Güneydoğu Anadolu bölgəsində yaz yağışları normadan xeyli azalıb və kişi başına düşən su miqdarı 1246 millimetrə enib. Bu, Türkiyəni su çatışmazlığı yaşayan ölkələr sırasında göstərir.
Dos. Dr. Kum xəbərdarlıq edib ki, suya çıxışın məhdudlaşması insanları miqrasiya etməyə məcbur edəcək və Avropaya doğru miqrasiya dalğası başlaya bilər. Türkiyə isə bu marşrut üzərində yerləşdiyi üçün gələcəkdə qapılarımızda milyonlarla miqrantla qarşılaşa bilərik.
O əlavə edib ki, kənd təsərrüfatında əkin tarixlərinin dəyişməsi, temperaturun artması və yağışın azalması ərzaq təminatına da ciddi təsir göstərəcək. Həll tədbirləri görməsək, quraqlıq həm iqtisadi, həm də sosial sahələrdə daha böyük problemlərə səbəb olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 10 Dekabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















