Biz heç vaxt qərb məhkəmə təsisatları üçün qapılarımızı bağlamamışıq
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu gün özünü insan haqları təşkilatları adlandıran çoxsaylı strukturların heç bir reallığa əsaslanmayan hesabatları, çoxsaylı qərəzli media təsisatlarıının yaydığı məlumatlar, o cümlədən xarici qüvvələrin yerli alətlərinə çevirilən antimilli ünsürlərin sosial media üzərindən çağırışları açıq formada Azərbaycan hakiminin iradəsinə təsir etməyə, daha kobud desək bu iradəni sındırmağa yönəlib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, bu gün faktiki olaraq Azərbaycan məhkəməsindən bərabərlik hüququndan imtina etmək, siyasi mənsubiyyətinə görə insanlara ayrıcalıq tanımaq, Qərbin marionetlərinə münasibətdə cəzasızlıq mühiti formalaşdırmaq tələb olunur:
"Biz heç vaxt Qərb təsisatları, xüsusən qərb məhkəmə təsisatları üçün qapılarımızı bağlamamışıq.Azərbaycan Respublikası kifayət qədər qətiyyətlə iradə ifadə edib, amma əvəzində nə görmüşük? İllərlə ərizəçilərin müraciətlərinə “prosedura uyğun formada” ləngidən AİHM siyasi işartı gördüyü bütün işlərə 3-5 gün ərzində baxaraq daha çox məhkəmə kimi yox radikal müxalifət partiyası kimi davranıb. AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq məqsədi ilə 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdikdən sonra da AİHM eyni ampluada anti- Azərbaycan siyasi mərkəz kimi fəaliyyətini davam edmişdir. Baxmayaraq ki, biz artıq faktiki olaraq qurumdan kənarıq və məhkəmənin formalaşdırılmasında iştirak etmirik. Belə çıxır ki, səs hüququmuz alınır, amma bizi cəzalandırmaq haqqını özlərində saxlamaq istəyirlər. Təbii ki, buna yol verilməməlidir".
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















