Icma.az
close
up
RU
Prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib

Prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baş Prokurorluq və Bakı şəhər prokurorluğunun inzibati binasında 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Milli prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ilə əlaqədar prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib.

Bu barədə APA-ya Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə müasir Azərbaycanın qurucusu dünya şöhrətli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz fədakarlıq vurğulanaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ordumuzun əldə etdiyi möhtəşəm qələbə sayəsində ərazi bütövlüyümüzün və 2023-cü ildə isə 23 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyimizin bərpa edilməsindən bəhs edilib.

Suverenliyimizin ölkə başçısı İlham Əliyev tərəfindən beynəlxalq aləmdə təsdiq edilməsi, avqust ayının 8-də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması xüsusilə qeyd edilib.

Ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Şərqi Zəngəzur və Qarabağ bölgəsində aparılan kompleks quruculuq işləri barədə gənc hüquqşünaslara danışılıb və “Böyük Qayıdış”ın reallaşmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Veteranlar görüşdə prokurorluq orqanlarındakı xatirələrini danışıb, gənc prokurorluq işçiləri ilə öz bilik və təcrübələrini bölüşüb, hazırda prokurorluq orqanlarında aparılan dinamik islahatlar, eləcə də maddi və texniki bazanın möhkəmləndirilməsi istiqamətində göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.

Görüşdə veteranlar prokurorluq orqanlarında çalışmağın şərəfli, eyni zamanda bir o qədər çətin və məsuliyyətli olmasını vurğulayaraq gənclərə uğurlar arzu edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see239

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see166

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see157

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see140

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see134

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see130

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see124

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see122

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see122

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see121

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri