Icma.az
close
up
RU
Prokurorluğun veteranları və təqaüdə çıxmış işçisi təltif edilib

Prokurorluğun veteranları və təqaüdə çıxmış işçisi təltif edilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Baş prokuror Azərbaycan Prokurorluğunun veteranları və təqaüdə çıxmış prokurorluq işçisini təltif edib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileyləri, eyni zamanda, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Tədbirdə Baş prokuror tərəfindən veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Namiq Əsgərov və Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib.

Həmçinin, Baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkli çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri