Icma.az
close
up
RU
Prokurorluq saxta plastik cərrahlarla bağlı hərəkətə keçdi

Prokurorluq saxta plastik cərrahlarla bağlı hərəkətə keçdi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılmışdı.

Belə ki, ABŞ-də yaşayan Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşmış, bundan sonra həmin şəxslər və müəssisələrlə bağlı hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi tərəfindən araşdırmalara başlanmışdı.

"Cebheinfo.az" xəbər verir ki, Baş Prokorurluğun mətbuat xidmətinin rəisi Saleh Hacıyev məsələyə münasibət bildirib.

O qeyd edib ki, burada problemin mahiyyəti təkcə gözəllik axtarışında olan vətəndaşların hüquqlarının pozulması, onların sağlamlığına hərhansı xəsarət yetirilməsi ilə yekunlaşmır.

“Burada ölkənin tibb sisteminin bütövlüyünün təmin olunması, cəmiyyətimizin sağlamlığının qorunması ilə bağlı təhdidlərlə üzləşirik. Bu sahədə prokurorluq orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır. Vaxtaşırı da bununla bağlı mediada ictimaiyyətə məlumatlar verilir. Qənirə xanımın qeyd etdiyi siyahı açıqlanmamışdan qabaq artıq may ayında prokurorluq orqanları tərəfindən geniş araşdırma aparılmışdı. Araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak etmişdi. Araşdırmalar zamanı bir neçə istiqamətlər üzrə pozuntular aşkar olunmuşdu”, - mətbuat katibi İTV-nin efirində deyib.

S.Hacıyevin sözlərinə görə, ilkin olaraq müəyyən olunub ki, müvafiq tibb təhsili olmayan şəxslər tərəfindən plastik əməliyatlar icra olunur:

“Bəzi hallarda müəyyən olunmuşdur ki, şəxsin tibb təhsili var, amma plastik tibbi əməliyyatları icra etməsi üçün praktiki tibbi fəaliyyətə dair qanunla nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi yoxdur. Ümumilikdə pozuntularla bağlı araşdırma aparan zaman, 18 halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həm hüquqi, həm də vəzifəli şəxslər barəsində inzibati icraatlar başlandı. Həmin şəxslərin əksəriyyəti paytaxt ərazisində fəaliyyət göstərsə də, bölgələrdə də araşdırmalar aparılır. Qənirə xanımın qeyd etdiyi şəxslərin bəziləri barəsində də inzibati icraatlar başlanıb, bəzi şəxslər barəsində faktlar öz təsdiqini tapmayıb. 8 halda qanun pozuntularını doğuran səbəb və şahidlərin aradan qaldırılması üçün xəstəxanalara Səhiyyə Nazirliyi vasitəsilə təqdimatlar göndərilmişdi. Həmin təqdimatların müzakirəsində də prokurorluq əməkdaşları, xəstəxana rəhbərliyi və həmin sahədə çalışan həkimlər iştirak etmişdi. Bundan başqa müəyyən hallar aşkar olunmuşdur ki, tibbi fəaliyyət göstərən şəxslər kobud qanun pozuntularının astanasındadır. Yəni onlar bir neçəm addım sonra sadaladığımız ciddi qanunsuzluqları törədə bilərlər. Ona görə də onlara xəbərdarlıqlar olunmuşdur. İşlər davam edir, vətəndaş müraciətlərindən əlavə biz sosial media vasitəsilə də ictimailəşən müraciətləri öyrənirik”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri