Icma.az
close
up
RU
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri tədqiq olunur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında bu elmi qurumda proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri üzrə 2025-ci ilin birinci yarısında aparılmış tədqiqatlar barədə məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmədə cari ilin yarımillik dövrü ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin çapı, keçirilmiş elmi seminarlar və s. haqqında ətraflı danışıb.

Dosent T.Kazımov “Sosial mühəndislikdə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və tövsiyələrin verilməsi” mövzusu üzrə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və konseptual modelin işlənməsi, eləcə də proqram sistemlərinin istismarı prosesində meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsi istiqamətində tədqiqatlar aparıldığını qeyd edib.

Şöbə rəhbəri “Proqram sistemlərinin dayanıqlılığının artırılması üçün metod və modelin işlənməsi” mövzusunda aparılan tədqiqatlar barədə də məlumat verib. Bildirib ki, proqram sistemlərinin dayanıqlığının artırılması üçün qeyri-səlis neyron şəbəkədən istifadə olunub, proqram kodunun obfuskasiyasının elmi-nəzəri problemləri araşdırılıb, proqram təminatı layihələrinin vizuallaşdırılması üçün mövcud model və vasitələrin müqayisəli təhlili aparılmış və məqalələr hazırlanıb.

Dosent T. Kazımov hesabat dövründə “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli konfranslarda 4 məqalənin və 5 konfrans materialının çap olunduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim struktur bölmədə müasir dövrün çağırışlarına cavab verən elmi istiqamətlərdə tədqiqatlar aparıldığını qeyd edib, proqram sistemlərinin problemlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri