Icma.az
close
up
RU
Proseslər kənd təsərrüfatına təsirsiz ötüşməyəcək: Bu məhsullar bahalaşacaq

Proseslər kənd təsərrüfatına təsirsiz ötüşməyəcək: Bu məhsullar bahalaşacaq

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ, İsrail və İran müharibəsinin davam etməsi artıq qlobla bazara da öz təsirlərini göstərir. Ekspertlər bildirir ki, müharibə davam edərsə, bu dünyada bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, müharibə regionda, qonşu ölkədə baş verir, proqnozlar Azərbaycanda da kənd təsrrüfatı məhsullarının bahalaşacağına işarə edir. 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya bildirib ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan kənd təsərrüfatına birbaşa və dolayı təsir göstərə bilər:

"Əsas təsir mənbələrindən biri gübrə, pestisid və digər kənd təsərrüfatı vasitələrinin idxal qiymətlərinin yüksəlməsi ola bilər, çünki bu məhsulların bir çoxu qlobal bazardan gəlir".


Ekspert bildirib ki, əgər qlobal bazarda enerji və gübrə qiymətləri qalıcı olaraq yüksəlirsə, bu, yerli bazarda tərəvəz, meyvə, taxıl və digər kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edə bilər:

"Qiymətlərin artması fermerlər üçün istehsal xərclərini yüksəldə bilər və nəticədə bəzi məhsulların qiymətinin artmasına səbəb ola bilər. Bundan əlavə, logistika və nəqliyyat xərclərinin yüksəlməsi də kənd təsərrüfatı məhsullarının bazara çıxmasını çətinləşdirə və əlavə maliyyə yükü yarada bilər. Eyni zamanda, Azərbaycan fermerləri daxili istehsal imkanlarını artırmaq və alternativ mənbələrdən gübrə və texnika təmin etmək yollarını axtara bilər, bu da qiymət artımını tamamilə önləməyə və ya yumşaltmağa kömək edə bilər". 

Akif Nəsirli son olaraq vurğulayıb ki, ümumilikdə, qiymət artımı ehtimalı mövcuddur, amma təsirin ölçüsü istifadə olunan resurslardan və dövlətin dəstək siyasətindən asılı olacaq.

Günay İlqarqızı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Aprel 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri