Icma.az
close
up
RU
Proseslər Rusiyanı Cənubi Qafqazla bağlı ciddi addımlar atmağa məcbur edir

Proseslər Rusiyanı Cənubi Qafqazla bağlı ciddi addımlar atmağa məcbur edir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Noyabrın 16-da Daşkənddə Orta Asiya Respublikalarının iştirakı ilə keçirilmiş 7-ci Məşvərət İclasında Azərbaycanın da təmsil olunması və Prezident İlham Əliyevin iştirakı sadəcə protokol xarakterli görüş deyildi. Bu görüş əslində yeni geosiyasi xəttin – Orta Asiya və geniş anlamda Asiya regionunun Cənubi Qafqaz üzərindən Avropaya çıxışının formalaşdırılmasını özündə ehtiva edir.
Məşvərət İclasının sonradan tamhüquqlu bir təşkilata çevrilməsi və Azərbaycanın bu quruma rəsmi şəkildə daxil edilməsi təkcə iqtisadi deyil, həm də ciddi siyasi məqsədlər güdür və Orta Asiya blokunun vahid geosiyasi mərkəzə çevrilməsi nəzərdə tutulub. Əfqanıstan və Pakistanın da təşkilata üzvlüyü ehtimal olunur.
Şübhə yoxdur ki, təşkilatın məqsədi həm Rusiyanın, həm də Çinin təsir dairəsini məhdudlaşdırmaqdır. Yaranan blokun ABŞ–Türkiyə–Azərbaycan xətti ilə təhlükəsizlik garantiyasına çevrilməsi isə artıq açıq görünür.
Yeni təşkilatın yaradılması Pekinin Asiya və Orta Asiya üzərindən artan hegemonluğunun qarşısının alınması məqsədilə, Çinin “Bir Kəmər – Bir Yol” layihəsinə alternativ marşrutun qurulmasını hədəfləyir. Bu kontekstdə Hindistanın da layihəyə cəlb olunması gözlənilir. Təsadüfi deyil ki, Vaşinqton son dövrlərdə Hindistana Rusiyadan enerji daşıyıcılarına tələbatı azaltmaq çağırışlarını intensivləşdirib. Bu, Hindistanı həm Rusiyadan, həm də Çindən uzaqlaşdırmaq siyasətidir.
Diqqətçəkən məqamlardan biri budur ki, Daşkənddəki görüşdən əvvəl noyabrln 7-də Orta Asiya liderlərinin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü baş tutmuşdu. Bu ardıcıllıq göstərir ki, yeni Orta Asiya bloku ABŞ-ın qlobal strategiyasının bir parçasıdır və Vaşinqton bu bölgəni yeni Avrasiya güc mərkəzi kimi formalaşdırmaq niyyətindədir.
Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Ermənistanla kommunikasiya xətlərinin açılmasını elan etməsi, Qazaxıstan buğdasının Azərbaycan üzərindən Ermənistana ixracı və tərəflər arasında münasibətlərin müsbət istiqamətdə dəyişməsi Cənubi Qafqazı yeni qlobal iqtisadi-geosiyasi arxitekturanın tərkib və zəruri elementlərinə çevirib. Hazırda Ermənistanın da Orta Asiya respublikalarının yaratdığı yeni təşkilata qoşulacağı barədə məlumatlar var. Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qərbə inteqrasiya strategiyası Orta Asiyada gedən proseslərlə bir-birini tamamlayır.
Görünür ki, ABŞ yeni Avrasiya güc mərkəzinin formalaşmasında maraqlıdır. Orta Asiya, Cənubi Qafqaz, Türkiyə və perspektivdə Əfqanıstan–Pakistan xətti vahid təhlükəsizlik və iqtisadi sistem kimi ABŞ–Türkiyə–Azərbaycan xətti üzrə koordinasiya olunur.
Bu mənada Zəngəzur dəhlizinin (TRIP yolu) yalnız regional deyil, həm də qlobal enerji və ticarət marşrutlarına əsas halqa kimi əhəmiyyəti ortadadır. Prosesdə Azərbaycanın rolu isə Cənubi Qafqazın hərbi-siyasi mərkəzi kimi həlledicidir.
Gedən qlobal proseslər Rusiyanı Cənubi Qafqazla, xüsusən də Ermənistanla bağlı ciddi addımlar atmağa məcbur edir. Gələn il iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın növbəti qələbəsinə imkan verilməməsi Rusiya üçün Cənubi Qafqazda mövcudluğunu qorumaq baxımından çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, son günlər Rusiya rəsmiləri Zəngəzur dəhlizinin əleyhinə fikirlər səsləndirirlər. Rusiyanın Azərbaycanla istədiyi münasibətə nail olmaması onu Ermənistandakı seçkilərə daha da ciddi fokuslandırır.
Vüqar Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri