Prosineçki: Rəşad Sadıqov çox yaxşı futbolçu olub, indi isə əla baş məşqçidir
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Hayduk"un mərhələ keçmək şansını daha yüksək qiymətləndirirəm".
Oxu.Az xəbər verir ki, bu sözləri Futbolinfo.az saytına müsahibəsi zamanı Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkin deyib.
- Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Zirə" Xorvatiyanın "Hayduk" komandası ilə heç-heçə etdi. Matçı necə dəyərləndirisiniz?
- Oyuna baxdım. "Zirə" ilk hissədə çox yaxşı oynadı. Xüsusilə qolu vurduqları anda komandaları daha üstün görünürdü. İkinci hissədə "Hayduk" bəzi dəyişikliklər etdi və hesabı bərabərləşdirdi. Amma hələ heç nə bitməyib, qarşıda 90 dəqiqəlik oyun var. Futbolda mümkünsüz heç nə yoxdur, hər şey baş verə bilər.
- Kimi daha şanslı görürsünüz?
- Dediyim kimi, hələ 90 dəqiqə var və nəticə açıqdır. Buna baxmayaraq, mən "Hayduk"un mərhələ keçmək şansını daha yüksək qiymətləndirirəm. Çünki onlar ev sahibi komandadır və azarkeşlərin dəstəyi ilə oynayacaqlar. Evdəki atmosfer həmişə üstünlükdür.
- Sabiq futbolçunuz Rəşad Sadıqov barədə nə düşünürsünüz? O, yaxşı məşqçi ola biləcək?
- Rəşad ən yaxşılarından biridir. O, çox yaxşı futbolçu olub, indi isə əla baş məşqçidir. Onun liderliyi komandaya böyük dəyər qatır.
- Rəşad Sadıqovla Xorvatiyada görüşəcəksiniz?
- Ümid edirəm ki, bu baş verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















