Icma.az
close
up
RU
“İndi fasilə istəməzdik” Rəşad Sadıqov

“İndi fasilə istəməzdik” Rəşad Sadıqov

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının V turunda evdə “Qarabağ”la 1:1 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Olduqca sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çempionata uğurlu start götürdüyü üçün baxımlı futbol gözlənilirdi və elə də oldu. Azarkeşlərin bu matçdan zövq aldığını düşünürəm. Matç boyu yüksək intizam və əzmkarlıq nümayiş etdirən futbolçularıma, həmçinin bizi tək qoymayan fanatlarımıza təşəkkür edirəm. Ötən tur “Sabah”a 5:0 hesabı ilə uduzmağımıza baxmayaraq, onlar oyun zamanı və matçdan sonra komandaya böyük dəstək göstərdilər. Futbolçularla bu dəstəyi xüsusi müzakirə etmişdik və bu gün meydandakı mübarizə ilə onlara təşəkkürümüzü bildirmək istəyirdik. “Qarabağ” keyfiyyətli futbol oynadı, məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Əsas məsələ nəticə yox, futbolçularımın nümayiş etdirdiyi əzmkarlıq və nizam-intizam idi.

– Heyətdəki zədə problemləri oyuna necə təsir etdi?

– Həftəiçi ciddi çətinliklərlə qarşılaşdıq. Oyuna 4-lü müdafiə sistemi ilə hazırlansaq da, Eren Aydın, Dimitri Leqbo, Kris Diqbeu və Giorgi Papunaşvilinin zədələnməsi bizi məcbur etdi ki, 2 gün ərzində taktikanı dəyişək. Futbolçuların bu qısa müddətdə yeni tapşırıqları yüksək intizamla yerinə yetirməsi mənim üçün qürurvericidir. Maykon Kleytonun Braziliyada bərpa müddəti davam edir, isinmə zamanı gözlənilmədən əli qırılmışdı. Cari ildə dörd futbolçumuz çiyin çıxığı zədəsi alıb. Bu gün hətta 20-ci dəqiqədə Vierinya da zədələndi. Müəyyən sınaqlardan keçirik və öhdəsindən gəlməyə çalışırıq.

– Ağır təqvimdə 4 xal qazandınız. Komandanın mövcud idman formasını və qarşıdakı milli fasiləni necə dəyərləndirirsiniz?

– Avrokuboklara görə iyun ayından bir tempdə gəlirdik, buna görə də fasilənin ritmimizə təsiri barədə müəyyən narahatlıq var. İndi fasilə istəməzdik, lakin “Turan Tovuz”la vacib səfər matçımız var. Qazanılan xallardan daha vacibi komandanın nümayiş etdirdiyi keyfiyyət idi. “Sabah”a 5:0 uduzduğumuz matçda da komandam yaxşı oynamışdı, sadəcə rəqib son vuruşlarda daha dəqiq idi. Vacib olan hazırkı oyunu qoruyub təkmilləşdirməkdir. Əvəzedici heyətdən əsas komandaya mümkün transferlər isə sonradan bəlli olacaq.

– Taktiki sistemin ani dəyişməsi Qurban Qurbanov üçün sürpriz oldu?

– 8 matç idi ki, eyni sistemlə çıxış edirdik və ani dəyişiklik rəqib üçün gözlənilməz effekti vermiş ola bilər. Amma tam təhlili matçı yenidən izlədikdən sonra aparacağıq. Vacib olan hər iki komandanın qələbə üçün sona qədər mübarizə aparması idi.

– “Sabah”la matçda hücum futbolundan imtina etməməyiniz tənqid olundu. Yenidən həmin rəqiblə oynasaydınız, eyni riski alardınız?

– Avrokuboklarda və çempionatın startında hücumameyilli futbolumuz uğur gətirmişdi, ona görə sistemi dəyişmək istəmədim. Risk etdiyimizi bilirdim. Məğlub olsaq da, düşündüm ki, oynadığımız futbol çempionat boyu bizə faydalı olacaq. Oyunçular analizdə gördülər ki, böyük hesabla uduzsaq da, yaxşı həmlələrimiz var idi. Mourinyonun məşhur bir sözü var, “beş dəfə 1:0 uduzmaqdansa, bir dəfə 5:0 uduzmaq daha yaxşıdır”.

– “Payde”, yoxsa “Sabah” məğlubiyyəti sizin üçün daha acı oldu?

– Şübhəsiz ki, “Payde” məğlubiyyəti. Müasir futbolda 5:0 udub və ya uduza bilərsən, böyük hesablar insanı o qədər də sarsıtmır, xüsusən risk aldığın səfər matçlarında. Amma “Payde” ilə matçda mərhələni əldən vermək çox ağır idi. Çoxlu qol fürsətləri, dirəkdən qayıdan toplar, əldən qaçan epizodlar oldu. Avrokubokda belə matç yaşamaq mənim üçün böyük təcrübə idi və inanıram ki, bu, komandanın gələcək inkişafı üçün ciddi təkan olacaq.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Sentyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri