Prospektdə ara məsafəsini gözləməyən diqqətsiz sürücü qəza törətdi VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi təhlükəsizlik kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəzanın görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Belə ki, “Hyundai” markalı avtomobil ondan öndə hərəkət edən “BYD” markalı maşınla toqquşub. Videodan görünür ki, “Hyundai” sürücüsü düzgün ara məsafəsi saxlamadığı üçün qəza qaçılmaz olub. Eyni zamanda onun sükan arxasında diqqətsiz davranması qəzanın qarşısını almaq üçün son anda sağa manevr etməsinə səbəb olub. Xoşbəxtlikdən həmin zolaqda hərəkət edən “Mercedes” sürücüsü ehtiyatlı davranaraq təhlükədən xilas olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Xatırladaq ki, sürücülər ara məsafəsini saxlayarkən avtomobilin sürətini və yol şəraitini nəzərə almalıdır. Standart qayda odur ki, avtomobilin sürətinə uyğun olaraq yolun 2–3 saniyəlik məsafəsi saxlanmalıdır. Yağış, buz və ya tıxac zamanı bu məsafə artırılmalıdır.
Eyni zamanda, sükan arxasında diqqət daim yolda və ətrafdakı avtomobillərdə olmalıdır. Telefon, səsli mesaj və ya digər diqqəti yayındıran hərəkətlər qəzanın əsas səbəblərindəndir.
Hər bir sürücü unutmamalıdır ki, ara məsafəsinə əməl etməmək və diqqətsizlik qanununvericiliyə əsasən, inzibati məsuliyyət doğurur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Noyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















