Prospektdə ard arda qayda pozan sürücü sonda qəza törətdi ANBAAN VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Babək prospektində baş verən yol-nəqliyyat hadisəsi avtomobilin kamerası tərəfindən anbaan qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında baş verib.
Görüntülərdən aydın olur ki, 77-JZ-201 dövlət nömrə nişanlı “Chevrolet Damas Van” markalı avtomobilin sürücüsü əvvəlcə sağa doğru kəskin manevr edərək həmin zolaqda hərəkətdə olan nəqliyyat vasitəsini sıxışdırıb.
Daha sonra isə o, öz zolağına qayıdan zaman qarşısında hərəkətdə olan avtomobilə diqqət yetirmədən yoluna davam edib və nəticədə toqquşma baş verib. Zərərçəkmiş sürücünün iddiasına görə, qəzanın əsas səbəbi qarşı tərəfin sükan arxasında mobil telefondan istifadə etməsi olub.
Qeyd edək ki, sükan arxasında mobil telefondan istifadə, məsafənin düzgün saxlanılmaması və tələskən manevrlər təkcə qayda pozuntusu deyil, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə mənbəyidir. Bu kimi halların qarşısının alınması sürücülərin məsuliyyətli davranışından və yol hərəkəti qaydalarına riayət etməsindən birbaşa asılıdır.
Nərmin
Oxunub 210
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Yanvar 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















