Prospektdə qayda pozub maşını vuran qadın sürücü aradan çıxdı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qəza törədən sürücü hadisə yerini tərk edib.
Avtosfer.az-ın məlumatına görə, olay iyunun 7-də saat 14:14 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 99-TG-146 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobillə yolun hərəkət hissəsində dayanan qadın sürücü maşını geriyə sürüb. Bu vaxt o, arxadan gələn maşını vurub.
Hadisədən sonra zərərçəkmiş sürücü maşından düşərək nəqliyyat vasitəsinə baxıb. Ardınca qəzaya səbəb olan qadın da vurulan avtomobilə yaxınlaşıb. Sürücülər arasında kiçik mübahisə yaranıb və qadın yenidən maşınına minib. Zərərçəkmişin iddiasına əsasən, qəzanı törədən sürücü maddi zərəri ödəmək əvəzinə ərazidən uzaqlaşıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 İyun 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















