Prospektdə drift edən sürücü yol polisinin qarşısına çıxdı 3700 manat CƏRİMƏLƏNDİ VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü yüksək məbləğdə cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin ən çox əhali yaşayan İstanbul şəhərində yolda drift edən sürücü qəfil yol polisinin qarşısına çıxıb.
Belə ki, İstanbul şəhərinin Kadıköy rayonu Bağdad prospektində sürücü drift edərək digər nəqliyyat vasitələrinə də çətin anlar yaşadıb. Sürücü həmin hərəkəti yol polisinin qarşısında edib. Polislər tərəfindən sürücüyə “saxla” əmri verilib. Əmrə tabe olmayan sürücü dar küçələrdə izini itirməyə çalışıb. Lakin nəticədə polis tərəfindən saxlanılıb və inzibati məsuliyyətə cəlb olunub.
Sürücü barəsində eyni anda bir neçə maddə ilə cinayət işi açılıb və 76 min 963 Türkiyə lirəsi (3 min 764 manat) cərimələnib.
Səfər
Baxış sayı:105
Bu xəbər 06 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















