Prostat vəzi əməliyyatından sonra cinsi əlaqəyə girmək çətinləşirmi?
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
“Prostat vəzinin müalicəsində müxtəlif dərmanlardan istifadə edilir. Qeyd etmək lazımdır ki, bu dərmanlar prostat vəzini kiçildib həcmini azaltmaq üçün qəbul edilmir. Çünki böyümüş prostat vəzninin həcmini kiçiltmək mümkün deyil”.
Bunu Medical Media-ya özəl müsahibəsində uzman uroloq Elbəyi Daşdəmirli deyib.
Mütəxəssis bildirib ki, müalicəyə cavab verməyən xəstələrdə cərrahi əməliyyat vacib hesab edilir. Əsasən, böyrəklərdə genişlənmə, sidik kisəsində daş yaranması, sidikdən qan gəlməsi müşahidə edilən xəstələrdə cərrahi müdaxilə mütləqdir.
Elbəyi Daşdəmirli onu da əlavə edib ki, cərrahi əməliyyatların əksəriyyəti heç bir kəsik olmadan həyata keçirilir. Əməliyyat yüksək dəqiqliklə işləyən cihaz vasitəsilə sidik kanalından prostat vəzinə keçməklə aparılır. Bu əməliyyatla (endoskop yaxud rezektoskop) böyümüş prostat vəzi toxuması xaricə çıxarılır.
“Bəzi xəstələr əməliyyatı ən son müdaxilə sayırlar. Qəsdən əməliyyatı gecikdirirlər, əsasən cavan şəxslərdə əməliyyat qorxusu hiss olunur. Onlar əməliyyatdan sonra cinsi əlaqədə ola bilməmə, cinsi istəyin azalmasından qorxurlar. Amma bu yanlış fikirdir. Çünki müasir cihazla həyata keçirilən əməliyyat zamanı cinsi orqanın ereksiyasında önəmli olan sinir və damarlar zədələnmir. Hətta bu əməliyyatdan sonra xəstələrdə cinsi funksiyaların daha da artması müşahidə edilir”,-deyə uroloq qeyd edib.
Uzman uroloq Elbəyi Daşdəmirli ilə əlaqə: (+994) 50 404 94 48
Həkimin iş yeri: Liv Bona Dea Hospital
Sevinc Hüseynova
Saglamolun.Az
Baxış sayı:146
Bu xəbər 15 Noyabr 2024 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















