Icma.az
close
up
RU
İntim əlaqəyə girmək istədi, qatil oldu

İntim əlaqəyə girmək istədi, qatil oldu

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Süpürgəçi ona yaxşılıq edən qadının qatili oldu.

Fəridə (şərti ad) həbsxanadan çıxandan sonra obyektlərin birində süpürgəçi kimi işləyirdi. Mina (şərti ad) isə hər gün onun işlədiyi obyektin qarşısından keçir və Fəridəni görür.

Bir gün o, Fəridəyə yaxınlaşır və ona "səni müşahidə etmişəm, yaxşı qadına oxşayırsan. Bu işlərin başını burax, gedək, mənim evimdə qal. Onsuz da mən də tək yaşayıram. Sən həm mənə baxarsan, həm də birlikdə yaşayarıq. Bunun əvəzində də mən sənə pul ödəyərəm", - deyir.

Fəridə onunla razılaşır.

Yolda Mina Fəridəyə həyatından, övladlarının ona qarşı laqeyd münasibətindən, istəklərindən danışır. Fəridə Minanı dinləyir və qarşıda onu nələrin gözlədiyini düşünür.

Mina evdə Fəridəyə hər şeyi göstərir və ondan rahat olmasını xahiş edir. Növbəti gün Fəridə Minaya səhər yeməyi hazırlayır, ona qulluq etməyə başlayır. Mina ona ilk dəfədir belə xoş gün keçirdiyini və qayğısına kiminsə qaldığını deyir.

Daha sonra söhbət əsnasında Mina Fəridəyə "mənə yaxşı baxsan, mənzili sənə bağışlayacağam", - deyir. Bu sözlər Fəridəyə ümidverici səslənir.

Növbəti gün günorta saatlarında Mina şəhərin mərkəzində yaşayan qohumlarıgilə qonaq gedir. Fəridə bu boşluqdan istifadə edərək şəhərə yollanır.

O, şəhərdə sevgilisi Rəşad (şərti ad) ilə görüşür. Daha sonra sevgilisini yaşadığı evə aparan Fəridə mənzilin tezliklə onun olacağını deyir. Rəşad Fəridəyə yaxınlaşmaq istəyəndə qəfildən Mina evə qayıdır. Bu zaman Rəşad və Fəridə özlərini itirirlər. Rəşad özünü Fəridənin qardaşı kimi qələmə verməyə çalışsa da, Mina ona inanmır və qolundan tutub dərhal mənzildən çıxmasını tələb edir. Beləliklə, Rəşad mənzili tərk edir.

Mina Fəridəyə artıq ona mənzil bağışlamayacağını deyir və "ya qalıb insafla işləyəcəksən, ya da birdəfəlik buradan gedəcəksən", - deyir.

Həmin axşam Fəridə özünü təhqir olunmuş, alçaldılmış, aldanmış hiss edir və bunlara dözməmək qərarına gəlir.

Fəridə Minanın yatmağını gözləyir. Gecə saat 3-də Minanın otağına daxil olur və əlində olan çəkiclə onun alın nahiyəsinə ard-arda 10-dan artıq zərbə vuraraq qadını qətlə yetirir.

Səhər açılandan sonra isə hadisə yerindən qaçaraq uzaqlaşır. Çox keçmir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən o, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see395

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see244

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see242

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see225

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see225

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see224

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see224

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see222

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see221

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see220

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see220

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see214

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see212

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see203

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see201

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see200

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see199

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see198

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see193

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri