Icma.az
close
up
RU
Pşemıslav Vitek: Polşa beynəlxalq platformalarda Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək

Pşemıslav Vitek: Polşa beynəlxalq platformalarda Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Milli Məclis sədrinin müavini Rafael Hüseynov ölkəmizdə səfərdə olan Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Pşemıslav Vitekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlament sədrinin müavini ölkələrimiz arasında tarixi əlaqələrə əsaslanan ənənəvi dostluq münasibətlərindən danışıb. O bildirib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yerli memarlarla birgə Bakının simasının zənginləşdirilməsində göstərdikləri xidmətlər xalqlarımız arasında mənəvi bağlılığın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Qeyd olunub ki, polşalı memarlar Bakının memarlığında mühüm iz qoyublar, şəhərin bir çox möhtəşəm tarixi binalarını inşa ediblər.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətlərarası əlaqələrin inkişafındakı müstəsna rolunu qeyd edən Rafael Hüseynov bildirib ki, bu gün ikitərəfli münasibətlər siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla inkişaf edir. O, həmçinin Prezident İlham Əliyevin ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və dərinləşdirilməsinə verdiyi böyük önəmi xüsusi vurğulayıb.

O, qonaqlara Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, bölgədə yaranmış yeni reallıqlar, həmçinin ölkəmizin regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olunması istiqamətində atdığı mühüm addımlar barədə məlumat verib.

Polşa Parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun sədri Pşemıslav Vitek ölkəsinin Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib. Bildirib ki, parlamentlər ikitərəfli münasibətlərin dərinləşdirilməsində əhəmiyyətli rol oynaya bilərlər. Eyni zamanda, vurğulanıb ki, Polşa tərəfi Azərbaycana beynəlxalq platformalarda göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcək.

Görüş tərəflərin Azərbaycan-Polşa əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see235

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see182

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see170

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see159

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see154

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see143

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see138

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see137

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri