Icma.az
close
up
RU
Psixi sağlamlığı yaxşılaşdırmaq üçün 9 bəlli olmayan üsul alimlərdən açıqlama

Psixi sağlamlığı yaxşılaşdırmaq üçün 9 bəlli olmayan üsul alimlərdən açıqlama

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Sağlam həyat tərzi və sadə vərdişlərə diqqət müasir dünyada ahəngdar həyat təmin edə bilər...

2024-cü ildə tədqiqatçılar psixi sağlamlığı yaxşılaşdırmaq üçün həyat tərzində sadə dəyişikliklərə əsaslanan yeni yanaşmalar təklif edib. Bu metodlar narahatlıq, depressiya ilə mübarizə aparmağa və kognitiv xəstəliklər riskini azaltmağa kömək edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "5.ua" nəşri yazıb.

1. Əl yazısı

Əl ilə yazmağa qayıtmaq beynin işini stimullaşdırır. Bu, hərəki və görmə sistemləri arasında əlaqəni gücləndirir, konsentrasiyanı artırır və mürəkkəb konsepsiyaları daha yaxşı mənimsəməyə kömək edir.

2. Bağırsaq sağlamlığı

Bağırsaq və beyin arasındakı əlaqə əvvəlcə düşünüldüyündən daha sıx olub. Müxtəlif mikrobioma sahib insanlar streslə daha yaxşı mübarizə aparır. Yoqurt və ya kimçi kimi fermentləşdirilmiş məhsullar bağırsaq sağlamlığını dəstəkləyir və psixi vəziyyəti möhkəmləndirir.

3. İş və psixi sağlamlıq

Gecə növbələri və qeyri-standart qrafik depressiya riski ilə əlaqələndirilir. Alimlər iş və şəxsi həyat arasında tarazlığı yaxşılaşdırmaq üçün sistemli dəyişikliklərə çağırır.

4. Həyat tərzi və demensiya

Müntəzəm fiziki məşqlər, sağlam qidalanma, aktiv sosial həyat və keyfiyyətli yuxu demensiya riskini 40 faiz azalda bilər. Hətta genetik meylli insanlar da bu metodlardan faydalana bilərlər.

5. Güc məşqləri

Sadə hərəkətlər, məsələn, bədənin öz ağırlığı və ya rezin lentlərlə məşqlər həm bədəni, həm də psixikanı gücləndirir. Bunlar depressiya və narahatlıqla mübarizədə faydalıdır və ümumi vəziyyəti yaxşılaşdırır.

6. İfrat emal olunmuş məhsulların təsiri

"Fast food", şirin içkilər və qəlyanaltılardan istifadə edilməsi depressiya riski ilə əlaqələndirilir. Ekspertlər vitamin və mikroelementlərlə zəngin tam qidalara keçməyi tövsiyə edir.

7. Yuxunun rolu

Dərin yuxu beynin toksinlərdən təmizlənməsinə kömək edir, kognitiv pozğunluqların və depressiyanın qarşısını alır. Alimlər müntəzəm və keyfiyyətli istirahətin həyati əhəmiyyətini vurğulayır.

8. Ailədaxili sistemlər terapiyası

Şəxsi “daxili hissələri” anlamağa əsaslanan yanaşma, məsələn, daxili tənqidçi, stres və posttravmatik stres pozuntusu ilə mübarizədə effektiv nəticələr göstərib.

9. Ketogenik pəhriz

Yüksək yağ və aşağı karbohidrat tərkibli ketogenik pəhriz bipolyar pozuntu və şizofreniyanın müalicəsində ümidverici nəticələr göstərir. Onun sərtliyi populyarlığını məhdudlaşdıra bilsə də, bəzi xəstələr üçün faydası aydındır.

Sağlam həyat tərzi və sadə vərdişlərə diqqət beyni çağırışlara daha davamlı edə və müasir dünyada ahəngdar bir həyat təmin edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Yanvar 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri