Psixologiyaya görə tək sual ilə dəyərinizi ölçməyin yolu
Icma.az, Milli.az saytına istinadən bildirir.
İnsanların sizə verdiyi dəyər, sizi öz həyatlarındakı "prioritetlər (üstünlüklər)" siyahısına hara qoymaları ilə birbaşa bağlıdır. Bu, sadəcə sözlərlə deyil, davranış və zaman ayırma forması ilə özünü büruzə verir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi sual olduqca sadədir:
"Bu aralar sənin üçün ən vacib olan şeylər nələrdir?"
Bu sual qarşı tərəfi müdafiə olunmağa sövq etmədən, onun daxili dünyasını açmağa məcbur edir. Psixoloji baxımdan əhəmiyyətli olan məqam, bu suala verilən cavabda sizin yerinizin olub-olmamasıdır.
Psixoloqlara görə, dəyər görülüb-görülmədiyinizi anlamaq üçün bu detallara diqqət yetirməlisiniz:
Sizi birbaşa qeyd edirmi: Sizinlə keçirdiyi vaxtı və ya sizi ən vacibləri arasında sayırmı? Tərəddüd edirmi: Cavab verərkən duruxurmu, yoxsa təbii şəkildə sizi qeyd edir? Ümumi ifadələr işlədirmi: Sizi "işlər", "ailə" və ya "dostlar" kimi ümumi anlayışların içində itirirmi? Mövzunu tez dəyişirmi: Sualdan qaçmaq üçün başqa tərəfə yönəlirmi?Mütəxəssislər bildirir ki, "çox işim var", "bu aralar başım qarışıqdır" kimi ifadələr hər zaman mənfi məna daşımır. Lakin bu ifadələr mütəmadi təkrarlanırsa və həmin məşğuliyyət içində sizin üçün heç vaxt konkret yer açılmırsa, bu, psixoloji məsafənin göstəricisidir. Dəyər verilən insanlar, ən gərgin vaxtda belə prioritet olaraq qalırlar.
İnsan beyni dərindən önəm verdiyi şeyləri düşünmədən, avtomatik olaraq ilk sıralarda sadalayır. Zehnin ön plana çıxardığı bu ünsürlər insanın duyğusal iyerarxiyasını (hisslərin dərəcəsini) ortaya qoyur.
Yadda saxlamalı olduğunuz 4 əsas məqam:
Dəyər verilən insan net şəkildə anılır. Qeyri-müəyyən cavablar məsafəyə işarə edir. Davranışlar hər zaman sözlərdən daha vacibdir. Ardıcıllıq və tutarlılıq ən güclü sübutdur.Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 Dekabr 2025 06:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















