Icma.az
close
up
RU
Psixoloji travma nədir?

Psixoloji travma nədir?

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müasir cəmiyyətdə heç bir insan psixikada dərin izlər buraxa biləcək ağır emosional şokdan sığortalanmayıb və buna qarşı heç bir immunitet yaranmır. Bir uşağın aldığı psixoloji travma, yalnız emosional vəziyyətinə deyil, həm də zehni inkişafına mənfi təsir göstərə bilər. Yetkinlərə isə əgər təsir qalıcıdırsa, psixoloji travma böyük bir təhdid xarakteri daşıyır. Şiddətli stresə qarşı müqavimət dərəcəsi hər bir insanın fərdi xüsusiyyətlərindən asılıdır. Ağır mənfi hadisələr həm psixoemosional, həm də fiziki cəhətdən təsir göstərə bilər. Bu simptomlar isə zehni problemlərlə müqayisə edilir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Onun sözlərinə görə, psixoloji travmanın emosional simptomları özünü davranış reaksiyalarında sıçrayış kimi göstərir. Apatiya, passivlik, özünütənqid, qeyri-adekvat aqressiv partlayışlar müşahidə edilə bilər. Həmçinin günahkarlıq hissi, özünüqiymətləndirmənin aşağı olması, özünü faydasız hissetmə paralel şəkildə müşahidə oluna bilər. Çox hallarda psixoloji travmadan əziyyət çəkən insanlar özlərinə qapanmağa, özlərini cəmiyyətdən təcrid etməyə meyilli olurlar.

“Psixoloji travmanın fiziki təzahürləri yuxu pozuntularında müşahidə olunur. Şəxs yuxuya getmədə və yuxunu davam etdirməkdə çətinlik çəkir. Bu, bədənin viral və bakterial xəstəliklərə daha həssas olmasına səbəb olan immun sisteminin zəifləməsinə gətirib çıxarır. Situasiya uzun müddət davam etdiyi təqdirdə isə xroniki və ya müalicə olunmayan xəstəliklərin kəskinləşməsi də baş verə bilər.

Bəzən şiddətli emosional sıxıntıdan təsirlənən insanlar problemin öhdəsindən özləri gələ bilirlər. Əksər hallarda isə yığılmış hissləri özündən kənarlaşdırmağa, səbəblərini başa düşməyə və nəticələrini aradan qaldırmağa kömək edən emosional yardıma ehtiyac duyurlar. Medikamentoz müalicə yalnız psixoloji travmanı qəbul edə bilməyən şəxslərə təyin edilir.

Emosional şokun nəticələrini aradan qaldırmaq üçün professional yardım almaqla həmişə normal vəziyyətə qayıdır. Psixoloqun vəzifəsi son dərəcə diqqətlə və tam fərdi şəkildə hərəkət etməkdir. O zaman depressiya aradan qaldırılacaq və insan psixoloji sağlamlığını bərpa edə biləcək”, -deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri