Icma.az
close
up
RU
Psixoloji travma və onun yaranma səbəbləri

Psixoloji travma və onun yaranma səbəbləri

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Müasir cəmiyyətdə heç bir insan psixikada dərin izlər buraxa biləcək ağır emosional şokdan sığortalanmayıb və buna qarşı heç bir immunitet yaranmır. Bir uşağın aldığı psixoloji travma, yalnız emosional vəziyyətinə deyil, həm də zehni inkişafına mənfi təsir göstərə bilər. Yetkinlərə isə əgər təsir qalıcıdırsa, psixoloji travma böyük bir təhdid xarakteri daşıyır. Şiddətli stresə qarşı müqavimət dərəcəsi hər bir insanın fərdi xüsusiyyətlərindən asılıdır. Ağır mənfi hadisələr həm psixoemosional, həm də fiziki cəhətdən təsir göstərə bilər. Bu simptomlar isə zehni problemlərlə müqayisə edilir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun dediyinə görə, psixoloji travmanın emosional simptomları özünü davranış reaksiyalarında sıçrayış kimi göstərir. Apatiya, passivlik, özünütənqid, qeyri-adekvat aqressiv partlayışlar müşahidə edilə bilər. Həmçinin günahkarlıq hissi, özünüqiymətləndirmənin aşağı olması, özünü faydasız hissetmə paralel şəkildə müşahidə oluna bilər. Çox hallarda psixoloji travmadan əziyyət çəkən insanlar özlərinə qapanmağa, özlərini cəmiyyətdən təcrid etməyə meyilli olurlar. Psixoloji travmanın fiziki təzahürləri yuxu pozuntularında müşahidə olunur. Şəxs yuxuya getmədə və yuxunu davam etdirməkdə çətinlik çəkir. Bu, bədənin viral və bakterial xəstəliklərə daha həssas olmasına səbəb olan immun sisteminin zəifləməsinə gətirib çıxarır. Situasiya uzun müddət davam etdiyi təqdirdə isə xroniki və ya müalicə olunmayan xəstəliklərin kəskinləşməsi də baş verə bilər.

"Bəzən şiddətli emosional sıxıntıdan təsirlənən insanlar problemin öhdəsindən özləri gələ bilirlər. Əksər hallarda isə yığılmış hissləri özündən kənarlaşdırmağa, səbəblərini başa düşməyə və nəticələrini aradan qaldırmağa kömək edən emosional yardıma ehtiyac duyurlar. Medikamentoz müalicə yalnız psixoloji travmanı qəbul edə bilməyən şəxslərə təyin edilir. Emosional şokun nəticələrini aradan qaldırmaq üçün professional yardım almaqla həmişə normal vəziyyətə qayıdır. Psixoloqun vəzifəsi son dərəcə diqqətlə və tam fərdi şəkildə hərəkət etməkdir. O zaman depressiya aradan qaldırılacaq və insan psixoloji sağlamlığını bərpa edə biləcək", - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see407

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see406

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see312

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see298

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see293

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see291

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see272

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see269

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see268

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see266

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see261

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see256

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see254

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see246

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see244

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see237

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see230

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see222

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see217

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri