Icma.az
close
up
RU
Psixoloq: “Müəllimlərin tərbiyə üsulları uşaqlara mənfi təsir göstərir”

Psixoloq: “Müəllimlərin tərbiyə üsulları uşaqlara mənfi təsir göstərir”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İndiki dövrün bağça və məktəb sistemi bəzən uşaqların psixoloji inkişafına müsbət təsir göstərmək yerinə mənfi təsirlər də yarada bilir”. 

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bunu valideynlərin şikayətlərində də görmək olur: 

“Təəssüf ki, hər bir təhsil sistemi hamıya uyğun olmur. Bəzən də sistemin çatışmazlıqları uşaqların psixoloji və emosional inkişafına mənfi təsir göstərə bilir. Nəzərə almaq lazımdır ki, bağça və məktəb müəllimləri uşaqların inkişafında mühüm rol oynayırlar. Onlar uşaqların özünə inamını artırmalı, təhsil və sosial bacarıqlarını inkişaf etdirməlidirlər. Lakin bəzən müəllimlərin tərbiyə üsulları uşaqlara mənfi təsir göstərir. Məsələn, həddindən artıq sərt davranışlar və ya dəfələrlə təkrarlanan tənqidlər uşaqlarda özünə inamsızlıq yarada bilər. Bəzi müəllimlər uşaqların fərqli ehtiyaclarını nəzərə almadan eyni şəkildə davranırlar. Bu isə bəzi uşaqların stress və narahatlıq hissi keçirməsinə səbəb ola bilər”. 

O qeyd edib ki, son dövrlərdə uşaqlara həddindən artıq dərs və tapşırıqlar verilir: “Ümumiyyətlə, uşaqların kiçik yaşlarında təhsil həyatına başlaması onların təbii inkişafını mənfi şəkildə təsir edir. Çünki uşaq təbiətinə uyğun olaraq oyun və yaradıcılıq da təhsilin tərkibində olmalıdır. Bəzi məktəb və bağça mühitində uşaqlara yalan danışmaq və şiddətə meyillilik kimi təklif olunan davranışlar onlara mənfi təsir göstərir. Uşaqlar gördükləri hər şeyi kopyalayırlar və bu, gələcəkdə onların öz davranışlarını da formalaşdırar. Düşünürəm ki, uşaqlara mükəmməl olmağı və daim uğur qazanmağı öyrətmək onların psixoloji inkişafını təzyiq altına ala bilər. Üstəlik, bundan sonra onların özlərini bəyənməməyə, daim “daha yaxşı” olmaq üçün mübarizə aparmağa başlaması mümkündür”. 

Psixoloqun sözlərinə görə, təhsil sistemindəki pozitiv dəstək və sağlam sosial mühit uşaqların sağlam, eləcə də güclü psixoloji inkişafına kömək edər: 

“Lakin mənfi nümunələr, həddindən artıq təzyiq və düzgün olmayan yanaşmalar uşaqların psixologiyasını zədələyə bilər. Bu səbəbdən də həm təhsil müəssisələrinin, həm də valideynlərin uşaqların psixoloji ehtiyaclarını anlamaq və onlara dəstək olmaq üçün çalışmaları çox vacibdir. Uşaqların sağlam və balanslı bir şəkildə böyümələri üçün onlara həm təhsildə emosional dəstək vermək, həm də sosial bacarıqlarını inkişaf etdirmək vacibdir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Psixoloq müəllimlər tərbiyə uşaqlar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri