Icma.az
close
up
RU
Psixoloq: Uşaqların təcavüzdən qorunması üçün valideynlər onlara davranış refleksləri aşılamalıdır

Psixoloq: Uşaqların təcavüzdən qorunması üçün valideynlər onlara davranış refleksləri aşılamalıdır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağstafa sakini 11 yaşlı Türkiyə vətəndaşına təcavüz edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qırılı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Vüsal Abasov həmin kənddə məskunlaşan 2013-cü il təvəllüdlü N.A.-ya qarşı seksual xarakterli hərəkətlər edib.

Belə ki, Türkiyə vətəndaşı olan N.A.-nın atası Türkiyə vətəndaşı, anası isə Ağstafa rayon sakinidir. 2020-ci ildə N.A.-nın atası vəfat etdiyindən o, anası ilə Azərbaycana köçüb və Ağstafada yaşamağa başlayıb.

2024-cü ildə kənd sakini V.Abasov N.A.-nın anasının işə getdiyini görüb onun yaşadığı evə gedib. V.Abasov 11 yaşlı qızın evdə tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Daha sonra o, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib. Azyaşlının qışqıracağını görən V.Abbasov hadisə yerindən qaçıb.

N.A. hadisə barədə anasına məlumat verib. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat zamanı V.Abasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə V.Abasov 15 il azadlıqdan məhrum edilib.




Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, valideynlər uşaqlarına kiçik yaşlarından şəxsi sərhədlərini qorumağı öyrətməlidirlər:


“ "Bizim məhlədə hamı bir-birini tanıyır, elə bir hadisə ola bilməz”yəqinki bu ifadeni bir çoxunuz valideyinlərdən eşitmisiniz. Ancaq valideyinlər çox vaxt düşünmürlər ki, uşağınızın oynadıgı yerde yad birinin gəlib onunla danışması heç də çətin bir iş sayılmır. Uşaqların təcavüzdən qorunması üçün valideynlər onlara davranış refleksləri aşılamalıdır. Təəssüflər olsun ki, bir çox valideynlərin bu refleksi uşaqda formalaşdırmaq bacarıqları yoxdur. Ümumiyyətlə təcavüz hallarının çoxu uşağla cinsi əlaqəyə girmək, hansısa erotik hərəkətlər etmə və s. kimi hallarla özünü göstərir. Bu uşağı aldatmaqla, pul, hədiyyə təklif etməklə əldə edilir. Ümumiyyətlə təcavüz uşaqda ciddi psixoloji travmaya, sonradan əhval-ruhiyyə pozuntularına və cəmiyyətə qarşı olan düşüncələrində neqativ halların yaranmasına gətirib çıxarır. Cinsi təcavüz edən şəxs isə çox güman ki, uşaqlıq yaş dövründə özü bu hallarla qarşılaşıb və ya ruhi problemi olan biridir”.


Ekspertin sözlərinə görə uşaq zorakılığına qarşı mübarizə cəmiyyətin hər bir fərdi tərəfindən aparılmalıdır: 

“Zorakılığa məruz qalan şəxslərə psixolojı dəstək mütləq olmalıdır. Qız və oğul ovladlarınıza 2 yaşından etibarən nəyi etmək olub-olmayacağı aşılanmalıdır. Bununla yanaşı ailədə qız və oğlan övladlarınıza münasibət eyni olmalıdır. Şiddət vasitəsilə ailədə dominantlıgi olan, ailəsini qorxu, təzyiq altında idarə edən ataların ailələrində əlbəttə ki, qadın cinsinə hörmət anlayışı formalaşmayacaq. Qadına yalnız və yalnız tələbatlari qarşılayan şəxs kimi baxilmamalidir. Qadına belə münasibət, zorakılıq, şiddət ona qarşı formalaşan yanlış fikir və düşüncələrin nəticəsidir. Hər bir valideyn övladının həyatında baş verən pis və yaxşı hadisələrdən asılı olmayaraq daim onu sevdiyini, ona dayaq, arxa olduğunu hiss etdirməlidir. Bir çox qadınlarımız ailədə, cəmiyyətdə onlara qarşı olan yanlış fikirlərdən əziyyət çəkməkdədirlər. Bəzən təcavüzə ugrayan qorxu hissini yaşadığına və ailəsindən gələ biləcək yanlış reaksiyaya görə yaşamış olduğu zorakılığı gizlədir. Digər tərəfdən valideynlər bilməlidir ki, bu problem öhdəsindən təkbaşına yox ,əksinə psixoloqun dəstəyi və kompleks terapiya metodu sayəsində korreksiya etmək mümükündür. Bu səbəbdəndir ki, valideynlərin etdikləri yanlışlardan biri də, bu mövzunu bəzən ört-basdır etmələri, qohumların, başqa adamların bilməsindən qorxmaları və “özüm həll edə bilərəm” fikri ilə psixoloqa müraciət etməməlidir. Ancaq, qeyd etmək lazımdır ki, bu doğru çıxış yolu deyil. Valideyn uşağa güvən duyğusu aşılamalı və yalnız olmadığını hiss etdirməlidir. Bildirdiyimiz kimi, uşaqların danışmamasının səbəbi bir çox hallarda zorakılıq edən şəxsin onu qorxutması və təhdid etməsi olur. Yəni bununla bir çox hallarda uşaqlara, həmçinin yetkin insanlara da nəinki fiziki, həm də ağır dərəcədə psixoloji zərər yetirirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri