Icma.az
close
up
RU
Uşaqların bağçaya getməsi uşaqlar üçün nə üçün önəmlidir? PSİXOLOQ AÇIQLADI

Uşaqların bağçaya getməsi uşaqlar üçün nə üçün önəmlidir? PSİXOLOQ AÇIQLADI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu, çox gözəl və vacib mövzudur. Nəyə görə? Çünki söhbət övladlarımızın gələcəyindən, onların həyata və cəmiyyətə uyğunlaşmasından gedir. İnsan həm bioloji, həm də sosial varlıqdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib

Onun sözlərinə görə, sosial varlıq kimi isə insanın formalaşması əsasən 3-6 yaş dövründə, yəni uşaq bağçasına getdiyi müddətdə başlayır: "Bu dövr uşaqların sosiallaşma prosesinin əsas mərhələsidir. Nəyə görə uşaqlar bağçaya getməlidirlər? Çünki burada onlar yaşıdları və böyüklərlə ünsiyyət qurmağı, hörmət etməyi, qaydalara əməl etməyi öyrənirlər. Evdə uşaq valideynlərinə alışdığı üçün ərk edə bilər, lakin bağçada müəllim nizam-intizamla uşaqları istiqamətləndirir. Bu isə gələcəkdə uşağın məktəbə, cəmiyyətə və iş həyatına uyğunlaşmasında mühüm rol oynayır. 3-6 yaş dövrü uşaqlar üçün rollu oyunlar vasitəsilə öyrənmə dövrüdür. Bu oyunlar uşaqların psixoloji adaptasiyasına, düşüncə və davranış bacarıqlarının inkişafına çox müsbət təsir edir. Məhz bu səbəbdən 2014-cü ildə mən uşaqların bağçaya hazırlanması üçün valideynlərin diqqət etməli olduqları 13 qayda tərtib etmişdim. Bu qaydaları tətbiq edən bir neçə özəl bağça var idi və illərdir bu sistem uğurla işləyir".

Psixoloq sözlərinə davam edərək bildirib ki, digər mühüm məqam isə bağça rejiminin uşağın gələcək planlı həyat tərzinə hazırlıq funksiyası daşımasıdır: "Məsələn, səhər vaxtında oyanmaq, müəyyən saatlarda yemək və oyun, nizamlı yatmaq – bütün bunlar gələcəkdə məktəb və iş həyatında uşağın daha məsuliyyətli və nizamlı olmasına kömək edir. Bağçada başlayan bu disiplin məktəbdə, daha sonra ailə həyatında və iş mühitində davam edir. Nəticədə bu sistemli yanaşma uşağın sağlam psixoloji və sosial inkişafına səbəb olur və o, gələcəkdə cəmiyyətə yararlı bir fərd, gözəl bir ailə sahibi ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri