Icma.az
close
up
RU
“Yaxşı kişiyə heç kəs xəyanət etməz” Psixoloqdan QALMAQALLI AÇIQLAMA

“Yaxşı kişiyə heç kəs xəyanət etməz” Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son aylarda Azərbaycanda ailədaxili münaqişələr və xəyanət zəminində baş verən cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan hadisələr və məhkəmə materialları göstərir ki, qısqanclıq, etimadın pozulması və emosional gərginlik bir çox hallarda faciəvi sonluqlara gətirib çıxarır. Ailə dəyərlərinin zəifləməsi və psixoloji dəstəyin çatışmazlığı bu cür cinayətlərin əsas səbəblərindəndir.

Moderator.az xəbər verir ki, tanınmış psixoloq Samirə Bağırova Manset.az-a açıqlamasında bildirib ki, həm xəyanətin, həm də xəyanət sonrası cinayətin kökün bir sıra fərqli psixoloji nüanslar dayanır:

“Bir kişi öz yoldaşına və ya öz sevgilisinə əl qaldırdıqda o, artıq bunu dəfələrlə də daha əvvəl beynində edib. Bir gün gəlib elə bir vəziyyətə çatır ki, hərəkətə keçir.

Düşündüyü məqamlarda həmişə o, təhlükə siqnalları olur. Bu, hərəkətlərdə, səs tonunda və s. göstəricilərdə ola bilər. Həmin an qadın bunu başa düşməlidir ki, bunun sonu şiddətə, hətta cinayətə gedir. Heç bir qadın yaxşı kişiyə xəyanət etmir”.

Psixoloq bildirir ki, keçmiş dövrlərdən xəyanətə, “namus”a görə törədilən cinayətlərin alqışlanması Azərbaycanda illər boyu belə cinayətlərin daha da artmasına gətirib çıxarıb:

“Xəyanətə görə cinayət törədən şəxslər bizim ölkənin adət-ənənələrinə görə daim alqışlanıb, yaxşı formada qələmə verilib. Halbuki bunun kökündə dərin psixoloji problem dayanır. Eləcə də xəyanətin də kökündə səbəblər var. Təbii ki, başlıca səbəblər maddi çatışmazlıq, emosional və cinsi tərəfdən qadının tam təmin olunmamasıdır. Bunları oxuyanlar düşünəcəklər ki, bunlar yoxdursa, qadın xəyanət etməlidir? Xeyr, etməli deyil. Mən dəfələrlə şahid olmuşam ki, qadınlar seanslara gəlir ağlayır, bu problemləri düzəltməyə çalışır, amma onların həyat yoldaşları buna razı olmurlar, problemlərin həllindən boyun qaçırırlar, psixoloqa gəlmək istəmirlər. Onlar düşünürlər ki, həkimə, psixoloqa, seksopatoloqa, androloqa getdikdə qadınları onları həmin şəxslərin yanında utandıracaqlar. Belə kişilər həm maddi, tibbi, cinsi problemlərini həll etmək istəmirlər, həm də ağır xasiyyətlərini ortaya qoyurlar, həyat yoldaşlarına normal davranmırlar və sonra xəyanət baş verdikdə cinayət törətmək kimi haqqı da özlərində görürlər. Belə olan halda sıxışmış və bu problemdən tək başına çıxa bilməyən qadın sonunda xəyanətə üz tutur. Çünki hər kəs bu həyatda normal yaşamaq, xoşbəxt olmaq istəyir”.

Psixoloq qeyd edib ki, kişilərin ailə həyatını sonlandırmaq istəyən qadınlara buna icazə verməmələri cinayətin siqnallarından biridir:

“Qadınlar çox vaxt düşünürlər ki, evlənəndə nələrsə düzələcək. Amma heç bir şey düzəlmir. Əksinə əgər müəyyən problemlər varsa, evləndikdən sonra bunlar daha da dərinləşir. Mübahisə zamanı hər bir söz, əslində, bir xəbərdarlıqdır. Yəni, "əsəbi olduğuna görə dedi" deyə bir anlayış yoxdur. Əsəbi olduqda deyilən söz elə birbaşa həqiqətin özüdür və qarşı tərəfin sənin haqqında tam düşüncəsi budur. Çünki o bunu deyərkən heç bir filtrdən keçirmir və birbaşa şüurundan axan formada dilə gətirir. Buna görə də elə bu sözlərdən münasibətin səviyyəsini təhlil etmək lazımdır”.

Psixoloq bütün dünyada olduğu kimi Azərbaycanda da xəyanətin daim var olduğunu və var olacağını düşünür. Onun fikrincə, xəyanətin və eləcə də səbəb olduğu cinayətlərin qarşısını almaq üçün ilk növbədə, problemin həlli yolunda addım atılmalıdır. Nə qədər ki, kişilər problemin həllindən, həkimə, psixoloqa getməkdən üz döndərəcəklər, xəyanətlərin sayı daha da artacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri