Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

PSJ ilk dəfə uduzdu, “Monako” 3 cü pilləni də əldən verdi

PSJ ilk dəfə uduzdu, “Monako” 3 cü pilləni də əldən verdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

PSJ “böyük beşlik” liqalarında bu mövsüm çempionatda məğlubiyyət üzü görməyən yeganə komanda idi. Amma 31-ci turda parislilərin seriyasına son qoyuldu. Evdə “Nitsa” önündəki məğlubiyyət “Arsenal”la oyun ərəfəsində paytaxt klubunun düşərgəsində əhval-ruhiyyəni bir qədər korladı. Düzdü, ən yaxın izləyici 20 xal geridə olanda motivasiya mənbəyi tapmaq da çətindi. Həmin ən yaxın izləyici isə “Marsel”di. Cənublular Quirinin het-triki sayəsində evdə “Brest”i darmadağın etdi.

“Havr”ın qonağı olan “Monako” evə 1 xalla qayıtdı. “Knyazlar”ın bərabərlik qolunun müəllifi Biret 2025-ci ildə Liqa 1-də 13 dəfə fərqlənib. İlin əvvəlindən bəri heç bir başqa oyunçu “böyük beşlik” ölkələrində 13-dən artıq qol vurmayıb (Dembelenin də bu qədər qolu var).
Səfərdə “Anje” ilə qarşılaşan “Lill” “Monako”nun büdrəməsindən dərhal yararlandı. İlk yarı qonaqların böyük ərazi üstünlüyü şəraitində keçdi. Bunun məntiqi nəticəsi kimi hissənin sonunda hesab açıldı. 2-ci hissə başlayan kimi Haraldsson “şimallı itlər”in üstünlüyünü artırdı. “Lill” 67-ci dəqiqədə azlıqda qalsa da, qələbə hesabını qoruya bildi və 3-cü pilləyə yüksəldi.
Turun qalan oyunlarına gəlincə, “Lion” “Renn”i, “Oser” “Lans”ı darmadağın etdi, “Strasbur” “Sent-Etyen”dən üstün oldu, “Nant” – “Tuluza”, “Monpelye” – “Reyms” oyunlarında hesab açılmadı. “Monpelye” elitada qalmaq baxımından nəzəri şansını da itirdi. Bu komandanın 2009/10 mövsümündən bəri elitada fasiləsiz oynadığını da vurğulayaq.
31-ci tur
PSJ – Nitsa 1:3

Ruis, 41 – Sanson, 34; 46. Ndaişimay, 70. (42000)
PSJ: Donnarumma, Hakimi, Markinyos (Beraldo, 69), Paço, Mendeş, Vitinya, Neveş (Zair-Emeri, 59), Ruis (Mayulu, 78), Due (Barkola, 59), Dembele (Ramuş, 68), Kvaratsxeliya.
Marsel – Brest 4:1
Quiri, 8; 45; 63. Qrinvud, 37 – Sima, 25. (62130)
Marsel: Rulyi, Murilyo, Balerdi (Merlen, 77), Kondoqbia, Enrike, Heybyerq, Ronjye (Bennaser, 67), U.Qarsiya (Kornelius, 77), Qrinvud (Arit, 84), Rabyo, Quiri (Rou, 67).
Havr – Monako 1:1
Hassan, 22 – Biret, 61. (21340)
Monako: Kön, Vanderson (Teze, 81), Sinqo, Kerer, Enrike (Dyatta, 81), Zakariya, Kamara (Əl-Musrati, 46), Akliuş, Embolo (Baloqan, 86), Ben-Seqir (Minamino, 46), Biret.
Anje – Lill 0:2
Aleksandro, 45+1. Haraldsson, 50. (12782)
Lion – Renn 4:1
Fofana, 8. Tolisso, 25. Lakazett, 39. Mikautadze, 77 – Meyte, 50. (51034)
Lans – Oser 0:4
Onaivu, 33; 44. Perren, 40. Huver, 73. (38193)
Strasbur – Sent-Etyen 3:1
Moreyra, 7. Davitaşvili, 19. Bakva, 83 – Emeqha, 63. (19603)
Nant – Tuluza 0:0
(31618)
Monpelye – Reyms 0:0
(10806)
1. PSJ 31 24 6 1 84-31 78
2. Marsel 31 18 4 9 66-43 58
3. Lill 31 16 8 7 49-32 56
4. Monako 31 16 7 8 58-36 55
5. Lion 31 16 6 9 62-42 54
6. Nitsa 31 15 9 7 59-39 54
7. Strasbur 31 15 9 7 51-38 54
8. Lans 31 13 6 12 35-37 45
9. Brest 31 13 5 13 49-53 44
10. Oser 31 11 8 12 45-45 41
11. Renn 31 12 2 17 46-44 38
12. Tuluza 31 9 8 14 38-39 35
13. Reyms 31 8 9 14 32-42 33
14. Nant 31 7 11 13 35-50 32
15. Anje 31 8 6 17 29-50 30
16. Havr 31 8 4 19 34-65 28
17. Sent-Etyen 31 7 6 18 34-71 27
18. Monpelye 31 4 4 23 22-71 16
Bombardirlər: Dembele (PSJ) – 21, Qrinvud (Marsel) – 19, Devid (Lill) - 16, Kalimuendo (Renn), Emeqha (Strasbur) – 14.
Növbəti turun oyunları mayın 2-4-ü aralığında keçiriləcək: Nitsa – Reyms, Strasbur – PSJ, Tuluza – Renn, Sent-Etyen – Monako, Nant – Anje, Lion – Lans, Brest – Monpelye, Oser – Havr, Lill – Marsel
Turun rəqəmi
30 – PSJ-nin məğlubiyyətsiz oyunlar seriyası bu rəqəmdə dayandı. Bu komandanın son 30 çempionat oyununda 24 qələbəsi və 6 heç-heçəsi var idi. Parislilər sonuncu məğlubiyyəti ötən il mayın 12-də “Tuluza”dan almışdı.
Turun ulduzu
Morqan Sanson (Nitsa) – mövsümboyu zədələrdən əziyyət çəkən yarımmüdafiəçi PSJ ilə oyunda parladı. Cari mövsümdə ilk dəfə start heyətində yer aldı və dərhal da dubl etdi. Halbuki ötən mövsüm keçirdiyi 29 oyunda cəmi iki qol vurmuşdu. Düzdü, “Marsel”dən Quiri son turda hətta het-trik edib. Ancaq onun qapısına 3 qol vurduğu “Brest” hara, Sansonun məyus etdiyi PSJ hara?!
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Hər şeydən əvvəl “Nitsa”nı təbrik etmək istəyirəm. Yüzfaizlik effektivlik göstərdilər (qapıya üç zərbənin hamısı qol olub – red.). İlk yarıda qapımıza bir dəfə yaxınlaşdılar, onda da qol vurdular. Nəticənin ədalətli olduğunu düşünmürəm. Oyunboyu biz daha yaxşı təsir bağışladıq. Gözlənilməz nəticədi, ancaq bəzən belə də olur. Çempionatdakı məğlubiyyətsiz oyunlar seriyamız bitdi. Ancaq bu məqam Çempionlar Liqasının finalına vəsiqə qazanmaq hədəfimizi dəyişmir”.


Faktlar
* Marçin Bulka 12 seyv etdi. Bu, “Opta”nın müvafiq statistikanı aparmağa başladığı 2006/07 mövsümündən bəri “Nitsa”nın qapıçıları üçün elitada rekorddu.
* “Marsel” 1993-cü ilin mayından bəri ilk dəfə Liqa 1-də son üç ev oyununda ən azı üç qol vurdu.
* Dembele klub və yığma karyerasında 200-cü dəfə qolda iştirak etdi (107 qol, 93 məhsuldar ötürmə).
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri