Icma.az
close
up
RU
PSJ nin ilk, Luis Enrikenin 3 cü superkuboku

PSJ nin ilk, Luis Enrikenin 3 cü superkuboku

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avqustun 13-də avrokubokların 2025/26 mövsümünün ilk qalibi müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, İtaliyanın Udine şəhərində keçirilən Avropa Superkuboku (AS) oyununda “Tottenhem”ə qalib gələn PSJ bu turnirdə ilk uğurunu qazandı.
PSJ - Tottenhem 2:2 (0:1, 2:1), p. – 4:3
PSJ (Paris, Fransa): Şevalye, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri (Li Kan İn, 68), Vitinya, Due (Ramuş, 77), Barkolya (Mbay, 68), Dembele, Kvaratsxeliya.
Tottenhem (London, İngiltərə): Vikario, Porro, Romero, Danso, Van de Veen, Palyinya (Qrey, 72), Sarr (Berqvall, 90), Bentankur, Kudus (Tel, 79), Spens, Rişarlison (Solanke, 72).
Qollar: Van de Veen, 36 (0:1). Romero, 48 (0:2). Li Kan İn, 85 (1:2). Ramuş, 90+4 (2:2).
Penalti seriyası: Solanke - 0:1. Vitinya – 0:1 (yan). Bentankur - 0:2. Ramuş – 1:2. Van de Veen – 1:2 (qapıçı). Dembele – 2:2. Tel – 2:2 (yan). Li Kan İn – 3:2. Porro – 3:3. Mendeş – 4:3.
Vərəqələr: Rişarlison, 53. Barkolya, 56. Paço, 58. Danso, 62. Dembele, 90 - sarı.
Hakim: Joao Pinyeyro (Portuqaliya).
13 avqust. Udine. 21025 tamaşaçı.
Matçdan bir neçə gün əvvəl PSJ-nin iştirak ərizəsindən Donnarummanın adının çıxarılması qitə futbol ictimaiyyətində böyük əks-səda doğurmuşdu. Fransa klubu ilə tezliklə vidalaşacağı gözlənilən italiyalı qapıçının yerini tutan Şevalye parislilərin sıralarına yenicə qoşulmuşdu. Bu dəyişikliyə baxmayaraq, PSJ-nin superkuboku qazanmaq şansı yüksək dəyərləndirilirdi. Doğrudu, Çempionlar Liqasının (ÇL) son qalibi iyun-iyul aralığında ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının iştirakçısı olmuş və finala qədər uzun yol qət etmişdi. Bu müddətdə oyunçuları həm yaxşı dincələn, həm də məşq edən “Tottenhem”in rəqibin matça normal hazırlaşa bilməməsindən yararlanmaq ehtimalı vardı.
Avropa Liqasının son qalibi ilk dəqiqələrdən təşəbbüsü rəqibə verməmək planının öhdəsindən məharətlə gəldi. İngiltərəlilər parislilərə qarşı ilk hissədə kifayət qədər yaxşı mübarizə apardılar. Onların müdafiədən hücuma qısa zamanda çıxmaq planı 36-cı dəqiqədə alındı: Vikarionun uzun ötürməsindən sonra Palyinyanın zərbəsinə Şevalye reaksiya verdi, lakin Van de Veen topu tora saldı.
Fasilədən az sonra Romero başı ilə fərqi iki topa çatdırdı. Tomas Frankın komandası bundan sonra tədricən müdafiəyə daha çox diqqət yetirməyə başladı. Onun həmkarı Luis Enrike isə əvəzləmələrlə oyunda dönüş yaratmağa çalışdı. Meydana sonradan çıxan Li Kan İnin 85-ci dəqiqədə fərqi azaltması ÇL-in son qalibini ruhlandırdı. Və Ramuş sona az qalmış komandasını məğlubiyyətdən xilas etdi. Reqlamentə əsasən dərhal penalti seriyası başladı. Bu sınaqdan uğurla çıxan PSJ tarixində ilk dəfə Avropa Superkubokunun qalibi oldu.
Fransanın superkuboku qazanan 13-cü ölkə olduğunu və Luis Enrikenin superkuboku məşqçi kimi ikinci dəfə başı üzərinə qaldırdığını da qeyd edək. 55 yaşlı ispaniyalı bu turnirdə 1997-ci ildə “Barselona”nın futbolçusu, 2015-ci ildə isə baş məşqçisi kimi sevinib.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Tottenhem” çox yaxşı oyun göstərdi. Onlar bizdən güclüdülər və oyuna daha yaxşı hazırlaşmışdılar. Rəqib 6 həftə hazırlıq keçərkən bizim yalnız 5-6 gün məşq etmək imkanımız olmuşdu. Bu, çox böyük fərqdi. Vəziyyət çətin idi. Oyunun sonuna qədər mübarizə apara bildik. Nəticənin ədalətli olub-olmadığını deyə bilmərəm. Amma bu futboldu və indi azarkeşlərimiz üçün sevinirik. Matç haqda danışmaq çətindi. Azarkeşlərimiz nəticədən asılı olmayaraq bizi həmişə dəstəkləyiblər. Bu kuboku qazanmaq və onlara təqdim etmək bizim üçün böyük xoşbəxtlikdi”.


Tomas Frank, “Tottenhem”in baş məşqçisi:

“Dünyanın ən yaxşı komandalarından birinə qarşı əla oyun göstərdiyimizi düşünürəm. İlk 80 dəqiqə bizim istədiyimiz axarda davam etdi. Sonra ilk qolu buraxdıq və meydandakı vəziyyət dəyişməyə başladı. Oyunçular, klub və azarkeşlərin qürur hissi keçirməyə haqqı çatır. Penalti seriyasında nə desən, ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Avqust 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri