PSJ nin qələbəsindən sonra Fransanın 15 şəhərində mağazalar talan edilib
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Paris Saint-Germain” (PSJ) komandasının Çempionlar Liqasındakı qələbəsindən sonra baş verən iğtişaşlar zamanı xuliqanlar Fransanın 15 şəhərində mağazaları talan ediblər.
Yeniavaz.com xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes deyib.
O bildirib ki, təxminən 15 şəhərdə pərakəndə satış məntəqələrinə hücumlar qeydə alınıb:
“Söhbət hər şəhərdə bir və ya iki mağazadan gedir. Polis tez bir zamanda talançılığın qarşısını alıb və cinayətkarları saxlayıb”.
Nazir deyib ki, ölkə daxilində baş verən iğtişaşlar zamanı indiyədək 780 nəfər saxlanılıb:
“Bundan əlavə, bir nəfər ölüb, 200-dən çox insan yaralanıb”.
Xatırladaq ki, Budapeştdə keçirilən Çempionlar Liqasının finalında Paris klubu İngiltərənin “Arsenal” klubunu məğlub edib. Əsas vaxt və iki əlavə hissədən sonra hesab 1-1 başa çatıb, PSJ penaltilər seriyasında 4-3 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:Fransanın 19 şəhərində müsəlmanlar təmizlik aksiyası keçirdi
05 May 2025 17:54
Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib
03 Sentyabr 2025 00:00
Fransanın Lion şəhərində minlərlə iş yeri təhdid altındadır
10 Aprel 2025 19:25
Fransanın Bezye şəhərində şərab istehsalçıları etiraz aksiyası keçirib
17 Noyabr 2025 13:05
Fransanın Pau şəhərində Novruz bayramı qeyd edildi Fotolar
07 Mart 2026 20:17
Baxış sayı:194
Bu xəbər 31 May 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















