Icma.az
close
up
RU
PSJ penalti seriyasında sevindi, elita üç təmsilçisini itirdi

PSJ penalti seriyasında sevindi, elita üç təmsilçisini itirdi

Həftəsonu Fransa kubokunda 1/16 final mərhələsinin oyunları keçirildi.

«Football-plus.az» xəbər verir ki, yalnız elita klublarının qarşılaşdığı iki cüt var idi. Liqa 1-də «at oynadan» PSJ «Lans”ın müqavimətini yalnız oyunsonrası penalti seriyasında qırdı. Hakiminin ilk yarıda vurduğu qol cüzi ofsayd üzündən sayılmadı.
Fasilədən sonra hadisələrin axarı istənilən komandanın xeyrinə dəyişə bilərdi. 66-cı dəqiqədə «Lans» Safonovun qapısına yol tapsa da, 4 dəqiqə sonra Ramuş «status-kvo”nu bərpa etdi. Kubokun reqlamentinə görə komandalar birbaşa penalti seriyasına başladı. Qonaqlardan Vitinya, Ramuş, Dembele və Barkola penaltini qol çevirdisə, meydan sahiblərindən Nzola və Diuf Safonovla dueldən məğlub ayrıldı.
«Lans» ardıcıl 2-ci il mübarizəni 1/32 finalda dayandırdı, PSJ isə yanvarın ortalarında həvəskar «Espali» ilə qarşılaşacaq.
«Marsel» və «Monako» rəqiblərini 4 qolla keçdi. Ümumiyyətlə, bu mərhələdə çıxış edən elita təmsilçilərindən yalnız «Havr», «Oser» və «Monpelye» mübarizəni dayandırdı. «Monpelye”nin 4-cü liqa təmsilçisindən 4 qol buraxacağını heç kim gözləmirdi.
1/32 final
Lans — PSJ 1:1, p. — 3:4
Nzola, 66 — Ramuş, 70.
PSJ: Safonov, Hakimi, Markinyos, Paço, Mendeş, Neveş, Vitinya, Ruis (Zair-Emeri, 57), Li Kan İn (Barkola, 65), Dembele, Due (Ramuş, 65).
Sent-Etyen — Marsel 0:4
Qrinvud, 22. Rabyo, 34. Enrike, 69. Heybyerq, 81.
Marsel: De Lanqe, Kondoqbia (Kornelius, 75), Balerdi, Murilyo, Merlen (Qarsiya, 79), Ronjye, Heybyerq, Enrike, Rabyo (Rou, 63), Qrinvud (Kone, 63), Mope (Vai, 70).
Sent-Jen (həv.) — Monako 1:4
Tornye, 83 — Ben Seqir, 20. Vanderson, 37. Teze, 65. İlenihena, 90+1.
Monako: Lyenar, Enrike, Kerer (Salisu, 63), Sinqo, Teze, Maqassa (Uattara, 46), Matazo, Ben Seqir (Mixal, 80), Minamino (Buabre, 70), Vanderson, Embolo (İlenihena, 63).
Ruan (D-3) — Lill 0:1
İsmaili, 22.
Stad Brioşen (D-4) — Havr 1:0
Janno, 80.
La Roş (D-4) — Brest 0:1
Ajork, 40.
Hauts Lion (D-5) — Tuluza 0:0, p. — 2:4
Le-Pyui-an-Vele (D-4) — Monpelye 4:0
Zoqba, 43. Pays, 75; 90+1. Dyebold, 79.
Dransi (D-5) — Nant 0:4
Eblin, 21; 33. Zeze, 63. Mohamed, 82.
Fensi-Olnua (D-4) — Lion 1:2
Kubemba, 90+4 — Benrahma, 44. Mikautadze, 88.
Kort (D-5) — Nitsa 1:1, p. — 3:5
Bussemar, 11 — Ndombele, 60.
Kale (D-5) — Strasbur 0:3
Santos, 57. Mara, 73; 89.
Mutsiq (həv.) — Reyms 1:3
Şoll, 61 — Moskardo, 8. Diakon, 65. Sanqui, 76.
Bordo (D-4) — Renn 1:4
Baxassa, 18 — Truffer, 29. Ceyms, 59. Assinyon, 75. Muinqa, 80.
Oser — Dyunkerk (D-2) 0:1
Bardeli, 26.
Bobinyi (D-4) — Anje 0:1
Lepol, 66.
Bastiya (D-2) — Sent Cozef (həv.) 5:0
Tramoni, 24. Rodriges, 25. Qvidi, 30. Butra, 45+1. Canneh, 75.
Trua (D-2) — Mets (D-2) 3:0
Ripar, 27; 83. İrie, 69.
QOAL (D-4) — Annesi (D-2) 1:2
Bennekruf, 53 — Druhin, 32. Tanar, 90+3-öz qapısına.
Aqno (D-4) — Bulon (D-3) 4:1
Quleker, 6; 66. Lauson, 21; 45 — Dabo, 90+1.
Merinyak (həv.) — Laval (D-2) 0:0, p. — 3:4
Espali (həv.) — Dijon (D-3) 1:1, p. — 4:3
Qyesi, 73 — Lembezat, 70
Dives (D-5) — Sen-Deni (həv.) 2:0
Fonteyn, 59. Bekombo, 75.
Kann (D-4) — Qrenobl (D-2) 3:2
Dominges, 9; 19. Ndoy, 39 — Valls, 12. Zaui, 90+1.
Burquen-Jalyo (D-5) — Martiq (D-2) 4:1
Kezer, 3; 26. Bozkurt, 11; 65 — Sibi, 23.
Taon (D-5) — Amyen (D-2) 2:1
Petipayn, 47. Lekonet, 84 — Urhoqide, 20.
Tionvil (D-4) — Valansyenn (D-3) 2:2, p. — 4:5
Omosanya, 48. Vito, 90+7 — Lilepo, 14. Vaudenberq, 74.
Soşo (D-3) — Klermon (D-2) 0:0, p. — 5:3
Sent-Filber (D-5) — Keviyi (D-3) 0:2
Şiramba, 82; 87.
Vyerzon (həv.) — Le Man (D-3) 0:7
Loray, 5. Rabilyar, 10. Voyer, 33. Vula, 36; 50; 54. Matumana, 84.
Genqam (D-2) — Kan (D-2) 2:1
Luvambo, 79. Riçard, 90+2 — Mendi, 86.
«Tur» (həv.) — «Loryan» (D-2) oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
1/16 finalda bu cütlər qarşılaşacaq: Bastiya (D-2) — Nitsa, Dives (D-5) — Le-Pyui-an-Vele (D-4), Tuluza — Laval (D-2), Keviyi (D-3) — Anje, Le Man (D-3) — Valansyenn (D-3), Aqno (D-4) — Dyunkerk (D-2), Marsel — Lill, Trua (D-2) — Renn, Stad Brioşen (D-4) — Annesi (D-2), Genqam (D-2) — Soşo (D-3), Reyms — Monako, Burquen-Jalyo (D-5) — Lion, Tur (həv.)/Loryan (D-2) cütünün qalibi — Kann (D-4), Brest — Nant, Taon (D-5) — Strasbur, Espali (həv.) — PSJ.
Bu mərhələnin oyunları yanvarın ortalarında keçiriləcək.

seeBaxış sayı:73
embedMənbə:https://www.football-plus.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri