Icma.az
close
up
RU
PSJ yenə uzatma dəqiqələrində sevindi

PSJ yenə uzatma dəqiqələrində sevindi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Yığma fasiləsi ərəfəsində Fransada liderlər üçlüyü yarana bilərdi.

"Football-plus.az" xəbər verir ki, rəqiblərini darmadağın edən “Marsel”lə “Lans” hərəyə 25 xalla turun sonuncu və mərkəzi oyunu ərəfəsində zirvədə qərarlaşmışdı. Ancaq həmin oyunda “Lion”u səfərdə məğlub edən PSJ yenidən adı çəkilən komandalardan önə keçdi.
“Lion”la səfər oyunu paytaxt klubu üçün dramatik axarda keçdi. 50-ci dəqiqəyə qədər komandalar hərəyə iki qol vurdu. Hadisələrin kulminasiya nöqtəsi uzatma dəqiqələrinə təsadüf etdi. 90+3-cü dəqiqədə 2-ci sarı vərəqəyə görə qovulan Talyafiko “Lion”u azlıqda qoydu. İki dəqiqə sonra Li Kan İn künc zərbəsini yerinə yetirdi, tam nəzarətsiz qalan Neveş qapıçı meydançasının xətti üzərindən həlledici zərbəni vurdu – 2:3.
PSJ-ə “əlcək atası” yeganə komanda “Marsel”di ki, cənublular da qeyri-sabitlikdən əziyyət çəkir. Məsələn, elə həmin PSJ-yə qalib gələ, ancaq “Renn”ə uduza bilirlər. Bir sözlə, “Marsel”in oyunlarının nəticəsini proqnozlaşdırmaq çətindi. Amma Roberto De Zerbinin komandası hesabat turunda “Brest”i darmadağın etdi. Hətta 3:0 da oyunun axarını tam əks etdirmir. Meydan sahibləri o qədər çox qol vəziyyəti yaratdı ki, hesab 6:0, 7:0 olmalıydı.
“Lans”ı qəbul edən “Monako” əvvəlki turda evdə “Paris”ə uduzduğundan bu dəfə azarkeşləri önündə bəraət qazanmalıydı. Baloqan 37-ci dəqiqədə özü qazandığı penaltini qola çevirib hesabı bərabərləşdirəndə düşünmək olardı ki, “knyazlar” qələbə qazanmaqda çətinlik çəkməyəcək. Ancaq cəmi 3 dəqiqə sonra Said “Lans”ı irəli çıxardı. “Qırmızı-ağlar”ın faciəsi bununa bitmədi: Baloqan 45-ci dəqiqədə Sanqareyə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə aldı, uzatma dəqiqələrində elə həmin Sanqare hesabı 1:3 etdi. Said 60-cı dəqiqədə “Lans”ın 4-cü qolunu vurdu. Fati isə 90+3-cü dəqiqədə penaltini boşa verməklə fərqi azaltmaq imkanını qaçırdı.
Turun qalan oyunlarına gəlincə, “Strasbur” “Lill” üzərində inamlı qələbə qazandı. “Paris” evdə “Renn”ə uduzdu. “Havr” ilə “Nant” qalibi müəyyənləşdirə bilmədi – 1:1. “Loryan” – “Tuluza” oyununda da eyni hesab qeydə alındı. “Mets” evdə “Nitsa” üzərində əzmkar qələbə qazandı, “Anje” isə “Oser”in müqavimətini qırdı.
12-ci tur
Lion – PSJ 2:3

Moreyra, 30. Meytlend-Nayls, 50 – Zair-Emeri, 26. Kvaratsxeliya, 33. Neveş, 90+5. (58230)
PSJ: Şevalye, Zair-Emeri, Zabarnı, Paço, L.Ernandes (Markinyos, 74), Neveş, Vitinya, Ruis (Mbay, 74), Li Kan İn, Kvaratsxeliya (Ramuş, 74), Mayulu (Ncantu, 67).
Marsel – Brest 3:0
Qomes, 25. Qrinvud, 33-p. Obameyanq, 82. (66279)
Marsel: Rulyi, Pavar, Agerd (İqan-Rayli, 79), Emerson, Murilyo, Vermeren, Höybyerq (Bakola, 86), Qomes (O’Rayli, 70), Qrinvud (Vaj, 79), Payşao, Obameyanq (Mmadi, 86).
Monako – Lans 1:4
Baloqan, 37-p. – Eduar, 21. Said, 40; 60. Sanqare, 45+3. (10000)
Monako: Kön, Kerer, Salisu, Uattara, Teze (Kabral, 61), Akliuş (Fati, 73), Enrike, Qolovin (Mişal, 46), Kulibali (Zakariya, 79), Baloqan, Biret (İlenihena, 61).
Strasbur – Lill 2:0
Emeqha, 33; 62. (31051)
Paris – Renn 0:1
Embolo, 81. (16587)
Havr – Nant 1:1
Lyoris, 90+5 – Ablin, 4. (19747)
Loryan – Tuluza 1:1
Paji, 44-p. – Sidibe, 65-p. (15562)
Mets – Nitsa 2:1
Eyn, 53-p. Diallo, 84 – Şo, 35. (20683)
Anje – Oser 2:0
Akpa, 71-öz qapısına. Piter, 87. (11575)
1. PSJ 12 8 3 1 24-11 27
2. Marsel 12 8 1 3 28-11 25
3. Lans 12 8 1 3 21-11 25
4. Strasbur 12 7 1 4 24-16 22
5. Lill 12 6 2 4 23-15 20
6. Monako 12 6 2 4 24-21 20
7. Lion 12 6 2 4 18-15 20
8. Renn 12 4 6 2 19-17 18
9. Nitsa 12 5 2 5 17-18 17
10. Tuluza 12 4 4 4 18-16 16
11. Paris 12 4 2 6 18-21 14
12. Havr 12 3 5 4 13-17 14
13. Anje 12 3 4 5 10-15 13
14. Mets 12 3 2 7 12-27 11
15. Brest 12 2 4 6 14-21 10
16. Nant 12 2 4 6 11-18 10
17. Loryan 12 2 4 6 14-26 10
18. Oser 12 2 1 9 7-19 7
Bombardirlər: Paniçelli (Strasbur) - 9, Lepol (Renn), Qrinvud (Marsel) – 8.
Növbəti turun oyunları noyabrın 21-23-ü aralığında keçiriləcək: Nitsa – Marsel, Lans – Strasbur, Renn – Monako, PSJ – Havr, Oser – Lion, Brest – Mets, Nant – Loryan, Tuluza – Anje, Lill – Paris.
Turun rəqəmi
100 – PSJ son iki çempionat oyununda qələbə qolunu uzatma dəqiqələrində vurub. “Nitsa” ilə oyunda Ramuş 90+4-cü dəqiqədə fərqlənmişdi, Neveş “Lion”un qapısından qələbə topunu 90+5-ci dəqiqədə keçirdi. Maraqlıdı ki, PSJ əvvəlki 100 oyunda da yalnız iki dəfə bunu bacarmışdı.
Turun ulduzu
Uesli Said (Lans) – təcrübəli hücumçu “Monako” ilə oyunda bütün hadisələrin mərkəzində idi. Hissənin sonunda komandasını irəli çıxardı, 60-cı dəqiqədə isə “nəzarət atışı”nı gerçəkləşdirdi.
Turun sitatı
Sebastyan Pokonyoli, “Monako”nun baş məşqçisi:

“Qolovin 3-cü dəqiqədəki imkandan yararlansaydı, oyun başqa cür gedəcəkdi. Qırmızı vərəqə də oyunun axarına təsir göstərdi. Bu üzdən bir neçə qol buraxdıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri